•  Qarabağdan separtçıları çıxarmağın iki yolu
     Qarabağdan separtçıları çıxarmağın iki yolu
  • Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-  T .Sinyavskaya:
    Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-
  • Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölkə kubokunu qazandı..VİDEO
    Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölk
  • GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti təhqir etdi
    GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti t
  • ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vaxtı
    ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vax
  • XİN başqanımız Fransada Qarabağı müzakirə etdi – YENİLƏNİB + FOTO
    XİN başqanımız Fransada Qarabağı müzakirə etdi 
  • Futbol üzrə millimizin heyəti açıqlandı
    Futbol üzrə millimizin heyəti açıqlandı
  • Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
    Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
  • DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq – SƏRƏNCAM
    DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq R
  •  RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final oyununa dair qəzəbli bəyanatına cavab verdi
     RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final
Su pulu  adı ilə qoca qadının evinə girib onu qarət etdi

Xətai rayonu ərazisində qarət hadisəsi qeydə alınıb. Oğru 1938-ci il təvəllüdlü, Xətai rayon sakini Hacıyeva Lidiya Yaqub qızına özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edib. Beləcə yaşlı qadını aldadaraq, onun mənzilinə daxil olub və cinayət törədib.

Bu barədə Xətai rayon Polis İdarəsindən məlumat daxil olub.

Məlumata görə, aprelin 18-də 10:30 radələrində Sarayevo küçəsində yerləşən yaşayış binasında yaşayan L.Hacıyevanın qapısını tanımadığı bir kişi döyüb. Naməlum şəxs beş manatdan su pulu yığdığını bildirib. Qadın ona inanaraq həmin şəxsi mənzilə buraxıb.

Zərərçəkən tələb olunan məbləği ödəmək üçün pul kisəsini açıb. Cinayətkar pul kisəsində olanları qarət edərək, hadisə yerindən qaçıb. Onun ümumilikdə 3500 manat dəyərində qızıl-zinət əşyalarını qarət etdiyi bildirilir. Hazırda Xətai rayon 34-cü Polis İdarəsinin əməkdaşları həmin cinayətkarı axtarır.

Qeyd edək ki, ötən günlər ərzində paytaxtda üç qarət hadisəsi qeydə alınıb. Aprelin 18-də  21:30 radələrində 1966-cı il təvəllüdlü, əvvəllər məhkumluğu olan Babayev Etibar Xasməmməd oğlu dükandan iki avtomobil təkəri oğurlayıb. Ancaq ağır yüklə çox qaça bilməyib. O saxlanılaraq, hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verilib.

Bundan əvvəl E.Babayevin soyğunçuluq, radioaktiv materiallardan qanunsuz istifadə, narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamları üzrə məhkumluğu olub.

Üçüncü qarət hadisəsi isə Nəsimi rayonu ərazisində qeydə alınıb.

Ayın əvvəlindən Bakıda ümumilikdə 12 qarət hadisəsi qeydə alınıb, onlardan səkkizinin üstü açılıb.


Xətai rayonu ərazisində qarət hadisəsi qeydə alınıb. Oğru 1938-ci il təvəllüdlü, Xətai rayon sakini Hacıyeva Lidiya Yaqub qızına özünü “Azərsu” ASC-nin əməkdaşı kimi təqdim edib. Beləcə yaşlı qadını aldadaraq, onun mənzilinə daxil olub və cinayət törədib. Bu barədə Xətai rayon Polis İdarəsindən məlumat daxil olub. Məlumata görə, aprelin 18-də 10:30 radələrində Sarayevo küçəsində yerləşən yaşayış binasında yaşayan L.Hacıyevanın qapısını […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar