• Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
Rəşadla Rüfət məhkəməyə də saymazlıq etdi…
Rəşadla Rüfət məhkəməyə də saymazlıq etdi…
“Space” televiziyasının efirində işlətdiyi ifadələrə görə xüsusi ittiham qaydasında məhkəməyə verilən müğənni Rüfət Axundov və Rəşad İlyasovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.   Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə...
19 April 2019 13:02
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

“Space” televiziyasının efirində işlətdiyi ifadələrə görə xüsusi ittiham qaydasında məhkəməyə verilən müğənni Rüfət Axundov və Rəşad İlyasovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

 Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə müğənnilərin məhkəməyə gəlmədiyi elan edilib.

Onları nümayəndə kimi vəkilləri əvəz edib. 

Proses mayın 1-də davam etdiriləcək. 

Qeyd edək ki, şikayətdə hər iki müğənninin Cinayət Məcəlləsinin 148 (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) məlumatına əsasən, “Space” TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.

MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. 

Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət edib.

Məhkəmənin baxış iclası Yasamal Rayon Məhkəməsində aprelin 24-nə təyin edilib.

Şərh üçün bağlıdı..