• Prezident İlham Əliyev : Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
    Prezident İlham Əliyev : Məscidləri dağıdan Erməni
  • Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etdi.
    Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli
  •    DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü – FOTO
      DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə gö
  • ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür – İnanılmaz FƏRQ
    ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistik
  • Azərbaycan millisinə açıq aşkar təxribat…
    Azərbaycan millisinə açıq aşkar təxribat…
  • İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin!”
    İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərd
  • Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisidir!
    Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisid
  • Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 20 dəfə pozub
    Ermənistan silahlı qüvvələri snayper tüfənglərində
  • Çayıma dərman atıb, mənə təcavüz etdi”
    Çayıma dərman atıb, mənə təcavüz etdi”
  • Meksikada şəhər merini maşına bağlayıb küçələrdə sürüdülər – VİDEO
    Meksikada şəhər merini maşına bağlayıb küçələrdə s
PREZİDENT İlham Əliyev: Maaş və pensiyalar bundan sonra da qaldırılacaq – VİDEO
PREZİDENT İlham Əliyev: Maaş və pensiyalar bundan sonra da qaldırılacaq – VİDEO
 Azərbaycanda problemli kreditlər məsələsi elə səviyyədə həll olundu ki, bunun dünyada bənzəri yoxdur. Bir çox ölkələrdə bu problem mövcuddur.  Bu fikirləri prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı...
18 April 2019 18:10
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

 Azərbaycanda problemli kreditlər məsələsi elə səviyyədə həll olundu ki, bunun dünyada bənzəri yoxdur. Bir çox ölkələrdə bu problem mövcuddur. 

Bu fikirləri prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında sakinlərlə görüşündə deyib.

O bildirib ki, Azərbaycanda maaş və pensiyalar bundan sonra da qaldırılacaq:

“Ancaq biz çox ciddi qərar qəbul etdik. Vətəndaşların maraqlarını maksimum nəzərə alan qərar oldu. Yüz minlərlə insan bu fərmandan faydalanacaq. Minimum əməkhaqqı və pensiyanın təxminən 40 faiz qaldırılması da önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz. Çünki bizdə maaş və pensiyalar bundan sonra da qaldırılacaq. 

Müvafiq göstərişlər verildi. İndi hökumətdə işlər aparılır. Bizim indi maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirdi. Bu ilin əvvəlindən kifayət qədər böyük məbləğ büdcəyə daxil olub və mənim göstərişimlə əlavə yığılan büdcə gəlirləri ilk növbədə vətəndaşların sosial müdafiəsinə, o cümlədən, maaşlar və pensiyaların qaldırılmasına istiqamətləndirilməlidir. 

Bu qərarın mart ayında qəbul olunmasına baxmayaraq, aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi. Sosial müavinətlər orta hesabla iki dəfə artırıldı. Bu proqram 600 minə yaxın insanı əhatə edib. Bu istiqamətdə işlər davam etdiriləcək”, – prezident əlavə edib.  

 

Şərh üçün bağlıdı..