• FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
    FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
  • Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
    Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
  • Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daşqalaq etdilər – VİDEO
    Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daş
  • ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ: ölənlər var – VİDEO
    ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ:
  •  TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilər
     TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilə
  • SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən artıq ölü – YENİLƏNİB + VİDEO
    SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən ar
  •  Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq …
     Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd
  • Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qalxdı
    Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qa
  • Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
    Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
  • Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayıracaq
    Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayırac
Mərdəkandakı 2 saylı internat məktəbində uşaqların döyüldüyü iddia edilir – Müəllim nazirliyə çağırıldı
Mərdəkandakı 2 saylı internat məktəbində uşaqların döyüldüyü iddia edilir – Müəllim nazirliyə çağırıldı
Ötən gün “Facebook” sosial şəbəkəsində Leyla Ucal adlı kimya müəllimi Mərdəkanda yerləşən 2 saylı internat məktəbi ilə bağlı fikirlərini bölüşüb, orada təhsil alanların incidildiyini, təhqir olunduğunu, dərsliklə təmin edilmədiyini, dərs saatlarında...
15 April 2019 16:59
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Ötən gün “Facebook” sosial şəbəkəsində Leyla Ucal adlı kimya müəllimi Mərdəkanda yerləşən 2 saylı internat məktəbi ilə bağlı fikirlərini bölüşüb, orada təhsil alanların incidildiyini, təhqir olunduğunu, dərsliklə təmin edilmədiyini, dərs saatlarında başqa əmək fəaliyyəti ilə məşğul olduqlarını iddia edib, müəllim kollektivi, xüsusən direktor və müavinləri ilə bağlı düşüncələrini paylaşıb.

Müəllim 2017-ci ildə sözügedən müəssisədə 2 həftə dərs dediyini və bu müddət ərzində uşaqların döyüldüyünü, dərs vəsaitlərinin olmadığını, ərzaq məhsullarının direktor tərəfindən satışa çıxarıldığını qeyd edib. 

Təhsil Nazirliyindən cavab olaraq bildirib ki, ötən gün Leyla Ucalın şəxsi “Facebook” səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə  aydınlıq gətirmək məqsədilə o, nazirliyə dəvət olunub:

“Həmin xanım Təhsil Nazirliyinə dəvət edilib. Qeyd olunan məsələnin təfərrüatı bu gün onun iştirakı ilə müzakirə ediləcək. 

Məlumat üçün bildirək ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəlif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib”.

Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Şərh üçün bağlıdı..