• Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
  • YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət günlərinin havası
    YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət gü
  • Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qalib gələrək, finala çıxdı
    Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qa
  • İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə qoyulmuşdu, onu … – FOTO/VİDEO
    İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə
  • 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində Leyla Əliyeva iştirak edir
    31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış
  • Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb – FAKTİKİ HAVA
    Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb &
  • “Qarabağ” yenə “Seltik” və “Kopenhagen”lə qarşılaşa bilər
    “Qarabağ” yenə “Seltik” və
  • Bakıdakı ikinci metro terrorundan-“28 may” hadisəsindən  25 il ötür – ANIM
    Bakıdakı ikinci metro terrorundan-“28 may
PLANET PARNİ İZ BAKU- “Nataşa, mı prişla!”ya belə hazırlaşır – FOTO/VİDEO

Artıq məlum olduğu kimi, “Planet Parni iz Baku” KVN teatrı bu il üçün yeni konsertini verməyə hazırlaşır.

“Nataşa, mı prişla!” adlı konsertin hazırlıqları Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilir.

Biz həmin hazırlıqlarla maraqlanmaq üçün adıçəkilən məkana yollandıq. Orada olanda konsertin əsas səhnəsi olan “Nataşa, mı prişla!” oynanılırdı. İzlədiyimiz səhnə azərbaycanlıların Nataşanı Fedota (Fəxrəddin) almaq üçün Rusiyada elçilikdə olmasından bəhs edir. Gülməli məqamlarla zəngin səhnənin məşqləri bir saat çəkdi.

Teatrın bədii rəhbəri Tahir İmanovun sözlərinə görə, artıq dördüncü həftədir ki, hazırlıqlar gedir:

“Plan üzrə məşq keçirik. Səhnələrin sayı böyüdükcə, məşqlərin vaxtı da artır. Konsertin 80 faizini artıq məşq etmişik. Sizin izlədiyiniz səhnə sonuncusudur. Bu, böyük səhnə olduğundan, hər gün hissə-hissə məşq edirik. Gördüyünüz bu səhnədən sonra Nataşa peyda olacaq”.

Düzdür, biz həmin Nataşanı görə bilmədik. Bildiyimizə görə, bu rolun ifaçısı ilk dəfə “Planet Parni iz Baku” KVN teatrının səhnəsində yer alacaq. Amma Tahir bəy bildirir ki, onu görmək üçün aprelin 19-da konsertə gəlib baxmaq lazımdır.

Xatırladaq ki, “Nataşa, mı prişla!” adlı konsert 19, 20, 21 və 22 apreldə keçiriləcək. Konsert Heydər Əliyev Sarayında baş tutacaq.

 


Artıq məlum olduğu kimi, “Planet Parni iz Baku” KVN teatrı bu il üçün yeni konsertini verməyə hazırlaşır. “Nataşa, mı prişla!” adlı konsertin hazırlıqları Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilir. Biz həmin hazırlıqlarla maraqlanmaq üçün adıçəkilən məkana yollandıq. Orada olanda konsertin əsas səhnəsi olan “Nataşa, mı prişla!” oynanılırdı. İzlədiyimiz səhnə azərbaycanlıların Nataşanı Fedota (Fəxrəddin) almaq […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar