• AFFA- İLKİN XƏLİLOVUN HAQLI TƏNQİDİNİ HƏZM EDƏ BİLMİR. — Jurnalistə işdən çıxarılması ilə bağlı XƏBƏRDARLIQ OLUNDU
    AFFA- İLKİN XƏLİLOVUN HAQLI TƏNQİDİNİ HƏZM EDƏ BİL
  • 15 İYUN-Azərbaycan xalqının Qurtuluş Günüdür
    15 İYUN-Azərbaycan xalqının Qurtuluş Günüdür
  • Futbol üzrə millimiz uduzur…
    Futbol üzrə millimiz uduzur…
  • Ceyhun Osmanlı -deputatlıqdan sonra  Universitetdən də “vuruldu”!- Səbəb FƏTO-çuluqmu?
    Ceyhun Osmanlı -deputatlıqdan sonra  Universitetdə
  • Avtomaşınlarda benzin sərfiyyatını azaltmağın yolları — VİDEO
    Avtomaşınlarda benzin sərfiyyatını azaltmağın yoll
  • Bürclər bunu vəd – 4 iyun 
    Bürclər bunu vəd – 4 iyun 
  • Neymar seksual zorakılıqda ittiham olunacaq
    Neymar seksual zorakılıqda ittiham olunacaq
  • Uşaqların Beynəlxalq Müdafiəsi Günü sabah  Bakı Metropolitenində qeyd ediləcək
    Uşaqların Beynəlxalq Müdafiəsi Günü sabah Bakı Me
  • Onu görüb ayağa qalxmayan işçilərini müdir sillə-qapazla döydü — VİDEO
    Onu görüb ayağa qalxmayan işçilərini müdir sillə-q
  • Prezident OLİMPİA ARENADA azarkeşlərlə görüşdü – FOTO
    Prezident OLİMPİA ARENADA azarkeşlərlə görüşdü 
Azərbaycanda bəzi yanacaq markaları rüsumdan azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Trend-in məlumatına görə, dəyişiklikliyə əsasən, reaktiv mühərriklər üçün “TC-1” markalı yanacaq, o cümlədən “KO-20” markalı kerosin və “KT-2” markalı texniki məqsədlər üçün kerosin 15 faiz idxal gömrük rüsumundan azad edilir.

Bu qərar dərc edildiyi gündən 30 gündən sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir. Qərara əsasən, reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinə 15 faiz idxal gömrük rüsumu isə qüvvədə saxlanılır.

Nazirlər Kabinetinin həmçinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə də dəyişiklik edib.

Dəyişikliyə əsasən, ölkəyə gətirilən reaktiv mühərriklər üçün “TC-1” markalı yanacaq, o cümlədən “KO-20” markalı işıqlandırıcı kerosin və “KT-2” markalı texniki məqsədlər üçün kerosinin 1 tonuna 1 manat aksiz vergisi tətbiq olunur.

Bu qərar da 30 gündən sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Qərara əsasən, reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinin 1 tonuna 80 manat aksiz vergisi tətbiq olunması qüvvədə saxlanılır.


Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib. Trend-in məlumatına görə, dəyişiklikliyə əsasən, reaktiv mühərriklər üçün “TC-1” markalı yanacaq, o cümlədən “KO-20” markalı kerosin və “KT-2” markalı texniki məqsədlər üçün kerosin 15 faiz idxal gömrük rüsumundan azad edilir. Bu qərar dərc edildiyi gündən […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar