• AFFA- İLKİN XƏLİLOVUN HAQLI TƏNQİDİNİ HƏZM EDƏ BİLMİR. — Jurnalistə işdən çıxarılması ilə bağlı XƏBƏRDARLIQ OLUNDU
    AFFA- İLKİN XƏLİLOVUN HAQLI TƏNQİDİNİ HƏZM EDƏ BİL
  • 15 İYUN-Azərbaycan xalqının Qurtuluş Günüdür
    15 İYUN-Azərbaycan xalqının Qurtuluş Günüdür
  • Futbol üzrə millimiz uduzur…
    Futbol üzrə millimiz uduzur…
  • Ceyhun Osmanlı -deputatlıqdan sonra  Universitetdən də “vuruldu”!- Səbəb FƏTO-çuluqmu?
    Ceyhun Osmanlı -deputatlıqdan sonra  Universitetdə
  • Avtomaşınlarda benzin sərfiyyatını azaltmağın yolları — VİDEO
    Avtomaşınlarda benzin sərfiyyatını azaltmağın yoll
  • Bürclər bunu vəd – 4 iyun 
    Bürclər bunu vəd – 4 iyun 
  • Neymar seksual zorakılıqda ittiham olunacaq
    Neymar seksual zorakılıqda ittiham olunacaq
  • Uşaqların Beynəlxalq Müdafiəsi Günü sabah  Bakı Metropolitenində qeyd ediləcək
    Uşaqların Beynəlxalq Müdafiəsi Günü sabah Bakı Me
  • Onu görüb ayağa qalxmayan işçilərini müdir sillə-qapazla döydü — VİDEO
    Onu görüb ayağa qalxmayan işçilərini müdir sillə-q
  • Prezident OLİMPİA ARENADA azarkeşlərlə görüşdü – FOTO
    Prezident OLİMPİA ARENADA azarkeşlərlə görüşdü 
AvrO Liqa 1\4 FİNAL NƏTİCƏLƏRİ: “Arsenal” “Napoli”ni məğlub edib – VİDEO
AvrO Liqa 1\4 FİNAL NƏTİCƏLƏRİ: “Arsenal” “Napoli”ni məğlub edib – VİDEO
Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. XƏBƏRLƏ İNFO xəbər verir ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında kuboku başı üzərinə qaldırmağa iddialı səkkiz komanda ilk duelə...
12 April 2019 09:50
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

XƏBƏRLƏ İNFO xəbər verir ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında kuboku başı üzərinə qaldırmağa iddialı səkkiz komanda ilk duelə çıxıb.

Günün ən məhsuldar oyunu Lissabonda baş tutub. Portuqaliya təmsilçisi “Benfika” Almaniyanın “Ayntraxt” klubunu sınağa çəkib. Juau Feliksin het-triki ilə əlamətdar olan matçda meydan sahibləri rəqibini məğlub ediblər – 4:2.

Böyük maraqla gözlənilən “Arsenal” “Napoli” matçı da meydan sahiblərinin qələbəsi ilə nəticələnib. İngiltərə klubu italiyalılarla ilk qarşılaşmanın taleyini fasiləyədək vurulan qollarla həll edib – 2:0.

Londonun digər klubu “Çelsi” isə Praqada “Slaviya”nın qonağı olub. Turnirin sürpriz komandası olan Çexiya təmsilçisi ingiltərəlilərə layiqli müqavimət göstərsə də, sonda məğlubiyyətə üzülüb – 0:1.

İki İspaniya təmsilçisinin mübarizəsində dörd qol vurulub.  “Valensiya”nın hesabı açdığı görüşdə “Vilyarreal” bərabərlik qolu vursa da, “yarasalar” görüşün sonunda qələbə toplarına imza atıb – 3:1.

 

Şərh üçün bağlıdı..