• Prezident İlham Əliyev : Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
    Prezident İlham Əliyev : Məscidləri dağıdan Erməni
  • Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etdi.
    Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli
  •    DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə görüşdü – FOTO
      DİN Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə gö
  • ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistika Komitəsinin dediyi üst-üstə düşmür – İnanılmaz FƏRQ
    ƏƏSMN başqanı Sahil Babayevin dediyi ilə Statistik
  • Azərbaycan millisinə açıq aşkar təxribat…
    Azərbaycan millisinə açıq aşkar təxribat…
  • İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin!”
    İlham ƏliyevQarabağla bağlı həqiqəti elə kürsülərd
  • Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisidir!
    Valday görüşü- Qarabağ Azərbaycanın əzəli ərazisid
  • Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 20 dəfə pozub
    Ermənistan silahlı qüvvələri snayper tüfənglərində
  • Çayıma dərman atıb, mənə təcavüz etdi”
    Çayıma dərman atıb, mənə təcavüz etdi”
  • Meksikada şəhər merini maşına bağlayıb küçələrdə sürüdülər – VİDEO
    Meksikada şəhər merini maşına bağlayıb küçələrdə s
CƏNUB BÖLGƏMİZDƏ torpaq sürüşməsi – FOTO/VİDEO

Lənkəranın Veravul kəndində çayın sahilində yaşayanlar torpaq sürüşməsindən əziyyət çəkir. 

20-yə yaxın evin avtomobil yolu tamamilə bağlanıb.

2016-cı ilin aprel ayında Veravulçayın daşması nəticəsində sahilboyu gedən yoldan istifadə çətinləşib. Lakin son günlərdə Cənub bölgəsində yağan intensiv yağışlar səbəbindən yol tamamilə yararsız hala düşüb. Belə ki, təxminən səkkiz metrlik eni olan yolun indi cüzi hissəsi qalıb. Nəticədə, hava şəraiti pisləşəndə nəinki maşınla, hətta piyada yolu keçmək mümkünsüz olur.

Kənd sakinlərinin sözlərinə görə, azca yağış yağanda çayın su səviyyəsi qalxır və kəndin yolunu keçilməz edir. Onlar 150 hektara yaxın pay torpaqlarına, əkin sahələrinə, uşaqlar da məktəbə gedə bilmirlər. 

Yoldan istifadənin çətinləşməsi nəticəsində hətta elə olub ki, təcili tibbi yardım maşını xəstənin evinə gedib çıxa bilməyib. Veravul sakinləri gələcəkdə hər hansı bir xoşagəlməz hadisə zamanı belə problemlərin yenə də təkrarlanacağından narahatdırlar və bu məsələ ilə bağlı tədbir görülməməsindən şikayət edirlər.

Sakinləri narahat edən məsələ ilə bağlı Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinə müraciət etdik.

Qurumun əməkdaşı çay sahilində müəyyən bərkitmə işlərinin aparıldığını deyib.

Alternativ yolun olmaması sakinlərin işini çətinləşdirsə də, Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin əməkdaşı problemin həll olunacağını bildirib.


Lənkəranın Veravul kəndində çayın sahilində yaşayanlar torpaq sürüşməsindən əziyyət çəkir.  20-yə yaxın evin avtomobil yolu tamamilə bağlanıb. 2016-cı ilin aprel ayında Veravulçayın daşması nəticəsində sahilboyu gedən yoldan istifadə çətinləşib. Lakin son günlərdə Cənub bölgəsində yağan intensiv yağışlar səbəbindən yol tamamilə yararsız hala düşüb. Belə ki, təxminən səkkiz metrlik eni olan yolun indi cüzi hissəsi qalıb. Nəticədə, […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar