• FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
    FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
  • Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
    Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
  • Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daşqalaq etdilər – VİDEO
    Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daş
  • ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ: ölənlər var – VİDEO
    ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ:
  •  TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilər
     TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilə
  • SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən artıq ölü – YENİLƏNİB + VİDEO
    SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən ar
  •  Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq …
     Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd
  • Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qalxdı
    Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qa
  • Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
    Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
  • Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayıracaq
    Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayırac
Deputatlar TV kanalları“səviyyəsiz” adlandırdı: Bəzi özəl kanallar bağlansın!  T

 

Özəl kanallarımıza baxanda adamın əti tökülür. Başdan-ayağa səviyyəsizlik, qeyri-peşəkarlıq hökm sürür.
Bunu yazıçı, millət vəkili Hüseynbala Mirələmov parlamentin Mədəniyyət komitəsinin aprelin 10-da keçirilən iclasında deyib.
O, Türkiyə telekanallarından nümunə çəkib:
“Türkiyənin telekanallarına fikir verək. Baxırsan, nə qədər maraqlı verilişlər, filmlər, teleseriallar göstərilir.
Məsələn, “Möhtəşəm yüz il”i götürək. Necə baxımlı, maraqlı serialdır. Mən hətta Moskvada olarkən görürdüm ki, ruslar onu necə maraqla izləyirlər. Amma gəlin özümüzə dönüb baxaq, görək bizdə vəziyyət necədir: tək sözlə, biabırçılıq.
Guya teleserial çəkirlər, başdan-ayağa səviyyəsizlik, əttökənlikdir. Hansısa veriliş gedir, iki saat efir zəbt olunur, amma baxırsan ki, heç nə yoxdur, qeyri-peşəkarlıqdır. Ona görə hesab edirəm ki, Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılmalıdır.
Hətta, onlara elə səlahiyyət verilməlidir ki, televiziyaları birbaşa bağlaya bilsinlər. Artıq bəzi özəl telekanalların bağlanmasına ehtiyac duyulur”.
Onun fikirləri yazıçı və millət vəkili həmkarı Elmira Axundova tərəfindən dəstəklənib.
E.Axundova da hesab edir ki, bəzi özəl telekanalların bağlanması məqsədəuyğun olardı:
“Onları izləmək, onlara baxmaq mümkün deyil. Sanki bu xalqa, bu dövlətə aid deyillər. Bütün günü şit, bayağı verilişlər efirləri zəbt edir, zövqlər korlanılır.
Baxırsan xarici telekanallara, məsələn, Fransanın özəl televiziyalarına, çox maraqlı verilişlər gedir. Könhə, tanınmış, korifey sənətkarlar, dünya ulduzlarından bəhs edilir, onlar bir daha dinləyicilərə çatdırılır, xatırladılır.
Amma bizdə necədir, tam biabırçılıq. Sadəcə AzTV-də belə baxımlı verilişlərə baxmaq mümkündür, qismən də İTV-də. Ona görə düşünürəm ki, doğrudan da Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var. Şura artıq bəzi özəl telekanalların bağlanılmasına qərar verməlidir. Belə telekanallardansa, olmaması yaxşıdır”.
Akademik, millət vəkili Ziyad Səmədzadə bəzi telekanallarda milli adət-ənələrimizə, milli mentalitetimizə zidd məqamların yaşandığını və yayımlandığını bildirib:
“Bunlar hər birimizdə ciddi təəssüf və narahatlıq doğurur. Bunlar aradan qaldırılmalıdır. Hesab edirəm ki, lazım gələrsə, bu yöndə məsələləri bir qədər qapalı şəkildə də müzakirə edə bilərik”.
Millət vəkili, bəstəkar Novruz Aslanov bədii şuralar məsələsinin təkcə mədəniyyət və incəsənət xadimləri ilə məhdudlaşdırılmasının düzgün olmadığını bildirib:
“Bu şuralarda həm də aparıcıların danışığı, efir mədəniyyəti məsələsinə, həmçinin, filmlərin səsləndirilməsi məsələsinə də baxılmalıdır. Çünki bu yöndə də ciddi problemlər var. Amma bədii şuralar senzura, qadağa funksiyasını yerinə yetirməməlidir. Onlar tövsiyə verməlidir. Yox, əgər, bir-iki tövsiyə nəzərə alınmasa, o zaman qadağa işə salınmalıdır”.
Millət vəkili Gövhər Baxşəliyeva teleseriallarla bağlı məsələni qabardıb:
“Mən istəmişəm ki, bir-iki dəfə öz seriallarımıza baxım, amma baxa bilməmişəm. Çünki mənim zövqümdə olan seriallar deyil.
Hesab edirəm ki, tarixi qəhrəmanlarımızla, tarixi şəxsiyyətlərimizlə bağlı səviyyəli teleseriallar çəkilməlidir. Bu gün Azərbaycan izləyicisinə, xüsusilə, gənc nəslə belə teleseriallar lazımdır.
Düşünürəm ki, Ağa Məhəmməd Şah Qacar, Nadir Şah, Şah İsmayıl Xətai haqqında teleseriallar çəkilməlidir. Bu işə mütləq başlamaq lazımdır. Mən demirəm ki, bütün seriallar tarixi şəxsiyyətlərimizlə bağlı olsun, bu iddiada deyiləm. Amma hesab edirəm ki, daha çox bu istiqamətə önəm verilməlidir”.
Adıçəkilən komitənin sədr müavini, professor Jalə Əliyeva da həmkarlarının fikirləri ilə razılaşdığını bildirib.
“Hər bir kanalın öz siyasəti var. Biz onlara tam müdaxilə edə bilmərik. Ona görə də həmin kanallarda yaşanan durumla bağlı ayrıca müzakirələr, dinləmələr təşkil etmək, çıxış yolları aramaq olar”.

 


  Özəl kanallarımıza baxanda adamın əti tökülür. Başdan-ayağa səviyyəsizlik, qeyri-peşəkarlıq hökm sürür. Bunu yazıçı, millət vəkili Hüseynbala Mirələmov parlamentin Mədəniyyət komitəsinin aprelin 10-da keçirilən iclasında deyib. O, Türkiyə telekanallarından nümunə çəkib: “Türkiyənin telekanallarına fikir verək. Baxırsan, nə qədər maraqlı verilişlər, filmlər, teleseriallar göstərilir. Məsələn, “Möhtəşəm yüz il”i götürək. Necə baxımlı, maraqlı serialdır. Mən hətta Moskvada […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar