• FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
    FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
  • Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
    Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
  • Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daşqalaq etdilər – VİDEO
    Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daş
  • ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ: ölənlər var – VİDEO
    ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ:
  •  TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilər
     TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilə
  • SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən artıq ölü – YENİLƏNİB + VİDEO
    SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən ar
  •  Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq …
     Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd
  • Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qalxdı
    Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qa
  • Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
    Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
  • Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayıracaq
    Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayırac
Prezident ILHAM ƏLIYEVİN Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətinə təbriki
Prezident ILHAM ƏLIYEVİN Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətinə təbriki
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətinə təbrik məktubu ünvanlayıb.  Təbrik mətnində deyilir:  “Hörmətli Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməkdaşları və veteranları! Sizi...
28 March 2019 16:19
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin şəxsi heyətinə təbrik məktubu ünvanlayıb. 

Təbrik mətnində deyilir: 

“Hörmətli Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməkdaşları və veteranları!

Sizi Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi fəaliyyətə başlamış xüsusi xidmət orqanlarımız mürəkkəb inkişaf yolu keçmişlər.

Sovet İttifaqı dövründə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin təhlükəsizlik orqanlarının xalqımızın maraqlarına xidmət göstərməsini təmin etmiş və peşəkar milli kadrların yetişməsinə əvəzsiz töhfə vermişdir.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan çox ciddi təhlükələrlə – ilk növbədə, Ermənistanın təcavüzü ilə, habelə terrorçuluq, separatçılıq, dərin siyasi və sosial-iqtisadi böhranla üzləşmişdir. Dövlətçiliyimizin təhlükə altında olduğu belə bir vəziyyətdə Azərbaycan xalqı müdrik qərar qəbul edərək, ölkəyə rəhbərliyi ümummilli lider Heydər Əliyevə etibar etdi.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev ölkəmizi parçalanmaq və müstəqilliyini yenidən itirmək təhlükəsindən qurtardı, ictimai-siyasi sabitliyi təmin etdi. Məhz Ümummilli Liderin səyləri nəticəsində zəngin dövlətçilik ənənələrimiz bərpa olundu, dünyəvi, demokratik və hüquqi dövlətin təməli qoyuldu, ölkəmiz dünya arenasında bərabərhüquqlu etibarlı tərəfdaş kimi tanındı.

Bu dövrdə Ulu Öndər Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsinin başlıca istiqamətlərini müəyyən etdi, dövləti xarici və daxili təhdidlərdən qorumağa qadir olan xüsusi xidmət orqanları sistemini formalaşdırdı.

Xüsusi xidmət orqanlarının müasir dövrün çağırışlarına uyğun inkişafını təmin etmək və fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə 2015-ci ildə mühüm islahatlar aparılmış, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılmışdır. Xidmətlər yüksək peşəkarlığı ilə seçilən kadrlarla komplektləşdirilmiş, müasir informasiya texnologiyaları ilə təchiz edilmiş, onların maddi-texniki bazası və əməkdaşlarının sosial müdafiəsi gücləndirilmişdir.

Bu gün xüsusi xidmət orqanları Azərbaycanın milli maraqlarının təmin olunması, konstitusiya quruluşunun qorunması, dövlət qərarlarının informasiya təminatının həyata keçirilməsi, habelə terrorçuluğa, separatçılığa, dini ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə uğurla fəaliyyət göstərirlər.

Dünyada və regionda gedən proseslərin sülh və təhlükəsizlik üçün yaratdığı təhdidlər beynəlxalq əməkdaşlığın əhəmiyyətini daha da artırır. Xüsusi xidmət orqanlarımız bir çox xarici dövlətlərin tərəfdaş qurumları ilə strateji xarakter dav  şıyan əlaqələr qurmuşdur və bu səmərəli əməkdaşlıq nəticəsində regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə dəyərli töhfə verirlər. Biz bu tərəfdaşlığı yüksək qiymətləndiririk və onun daha da dərinləşməsində maraqlıyıq.

Əminəm ki, xüsusi xidmət orqanlarımız qarşıya qoyulmuş vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, bu orqanların hər bir əməkdaşı ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsi yolunda qətiyyət və əzm nümayiş etdirəcəkdir.

100 illik yubileyiniz münasibətilə sizi bir daha ürəkdən təbrik edir, Azərbaycanın təhlükəsizliyinin etibarlı təmin olunması naminə şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram”.

Şərh üçün bağlıdı..