• FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
    FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
  • Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
    Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
  • Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daşqalaq etdilər – VİDEO
    Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daş
  • ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ: ölənlər var – VİDEO
    ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ:
  •  TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilər
     TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilə
  • SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən artıq ölü – YENİLƏNİB + VİDEO
    SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən ar
  •  Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq …
     Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd
  • Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qalxdı
    Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qa
  • Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
    Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
  • Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayıracaq
    Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayırac
“Qarabağ”dan qələbə, “Neftçi” xal itirdi – Üçüncü dövrə bitdi
“Qarabağ”dan qələbə, “Neftçi” xal itirdi – Üçüncü dövrə bitdi
Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları keçirilib. Bununla da çempionatda üçüncü dövrəyə yekun vurulub.  “Zirə” klubu doğma meydanda “Keşlə”ni qəbul edib və qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi...
15 March 2019 19:50
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları keçirilib.

Bununla da çempionatda üçüncü dövrəyə yekun vurulub. 

“Zirə” klubu doğma meydanda “Keşlə”ni qəbul edib və qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Sabah” və “Sumqayıt” arasında baş tutan matç isə 1:1 hesabı ilə başa çatıb. 

Son günlər dünya ulduzu Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayan “Səbail” öz meydanında “Qarabağ”a 1:2 hesabı ilə məğlub olub.

Premyer Liqanın lideri “Neftçi” bu tur xal itirib. “Ağ qaralar” “Qəbələ” klubu ilə qollu heç-heçəyə razılaşıb – 1:1. 

Üçüncü dövrənin yekununa görə, “Neftçi” 45 xalla liderliyini davam etdirir. Onunla eyni xala sahib “Qarabağ” ikincidir. İlk üçlüyü 31 xalla “Səbail” qapayıb. 

“Sabah” dördüncü, “Zirə” altıncı, “Keşlə” isə yeddinci yerdə qərarlaşıb. Sonuncu yeri isə 17 xalla “Sumqayıt” tutub.

Şərh üçün bağlıdı..