• – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədindəki olayla bağlı rəsmi Bakının sərt mövqeyini İFADƏ ETDİ
    – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədi
  • Pomidor  orqanizmdən zəhərli maddələri təmizləyirmiş…
    Pomidor orqanizmdən zəhərli maddələri təmizləyirm
  • “Bu İyulun sərin havası  1918-ci ildə qeydə alınıb”
    “Bu İyulun sərin havası  1918-ci ildə qeydə
  • Hafiz Hacıyev- namaz onun belini qırsın” – “Ziya Məmmədov namaz qılır?
    Hafiz Hacıyev- namaz onun belini qırsın” 
  • GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
    GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
  • “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  dönür – YENİLƏNİB
    “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  d
  • Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdün
  • ARIEN Robben karyerasını başa vurdu
    ARIEN Robben karyerasını başa vurdu
  • Vizasız bu ölkələrə gedə biləcəyik
    Vizasız bu ölkələrə gedə biləcəyik
  • Peru Amerika Kubokunun yarımfinalına adladı
    Peru Amerika Kubokunun yarımfinalına adladı
Nazir INAM KƏRİMOV fermerlərin suallarını cavablandırdı – FOTOLAR 

 

Nazir fermerlərin suallarını cavablandırdı -FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyində “2019-2023-cü illərdə meyvəçiliyin inkişafına dair Dövlət Proqramı” layihəsinin ictimai müzakirəsi keçirilib.
Bu barədə nazirliyindən bildirilib.
Məlumata görə, ictimai müzakirədə nazirliyin təmsilçiləri, icra strukturlarının nümayəndələri və fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan nazir İnam Kərimov bildirib ki, proqram prezidentin tapşırığı ilə hazırlanıb və vacib sənədlərdən biridir. Proqramın əsas məqsədi bu sahədə daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaqdır: “Bildiyiniz kimi, meyvəçilik aqrar sahənin prioritet istiqamətlərindən biridir. Azərbaycanın iqlim şəraiti daha çox məhsuldarlıq üçün münbit şərait yaradır. Meyvəçilik ölkəyə valyuta axınına imkan verən, məşğulluğu təmin edən, əmək tutumlu önəmli bir sahədir. Müasir dünyada intensiv bağçılıqdan geniş istifadə olunur. Biz də minimum ərazilərdə maksimum məhsuldarlıq əldə etməyə çalışmalıyıq. Bu sahədə fermerlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə ehtiyac var. Aqrar sahəyə daimi dövlət dəstəyi var. Dövlət Proqramında meyvə istehsalı sahəsində mövcud potensialdan tam istifadə edilməsi nəzərdə tutulur”.
Onun sözlərinə görə, Dövlət Proqramında meyvəçiliyin regionlar üzrə ixtisaslaşması, meyvə emalı müəssisələrinin yaradılması, meyvə qurusu istehsalı sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar müvafiq tədbirlər nəzərdə tutulub.
Daha sonra nazir İ.Kərimov fermerlərin suallarını cavablandırıb. Tədbir zamanı Aqrar Tədqiqatlar Mərkəzinin İqtisadi təhlil və proqnozlaşdırma bölməsinin aparıcı mütəxəssisi Eldar Quliyev “2019-2023-cü illərdə meyvəçiliyin inkişafına dair” Dövlət Proqramı layihəsi ilə bağlı təqdimat edib. Təqdimatdan sonra keçirilən müzakirələrdə ölkədə meyvəçiliyin mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub. Tədbirin sonunda analoji ictimai müzakirələrin mütəmadi olaraq keçirilməsi qərara alınıb.

  • Nazir fermerlərin suallarını cavablandırdı -FOTOLAR
  • Nazir fermerlərin suallarını cavablandırdı -FOTOLAR

 


  Kənd Təsərrüfatı Nazirliyində “2019-2023-cü illərdə meyvəçiliyin inkişafına dair Dövlət Proqramı” layihəsinin ictimai müzakirəsi keçirilib. Bu barədə nazirliyindən bildirilib. Məlumata görə, ictimai müzakirədə nazirliyin təmsilçiləri, icra strukturlarının nümayəndələri və fermerlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan nazir İnam Kərimov bildirib ki, proqram prezidentin tapşırığı ilə hazırlanıb və vacib sənədlərdən biridir. Proqramın əsas məqsədi bu sahədə […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar