• Sibel Can “Mir Mövsüm Ağa” ziyarətgahında – VİDEO
    Sibel Can “Mir Mövsüm Ağa” ziyarətgahı
  • Ermənilər FRANSA paytaxtındakı Xocalı tədbirinə BASQIN ETDİ – FOTO
    Ermənilər FRANSA paytaxtındakı Xocalı tədbirinə BA
  •  PREZİDENT İlham Əliyev və birinci xanımın iştirakı ilə ümumxalq Xocalı yürüşü – CANLI
     PREZİDENT İlham Əliyev və birinci xanımın iştirak
  • XOCALI MÜSİBƏTİ 27 İL…
    XOCALI MÜSİBƏTİ 27 İL…
  • Brüsseldə Qarabağ mitinqi başladı – CANLI YAYIM
    Brüsseldə Qarabağ mitinqi başladı – CANLI YA
  • Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənədi təsdiqlədi
    Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənəd
  • MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı an kameralara düşdü – VİDEO
    MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı a
  • 19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir hadisə BAŞ VERƏCƏK
    19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir h
  • Ödəniş etməyi  unudan Deputat -utanaraq mandatından imtina etdi
    Ödəniş etməyi unudan Deputat -utanaraq mandatında
  • Rusiya lideri məşqdə barmağını zədələdi – YENİLƏNİB + VİDEO
    Rusiya lideri məşqdə barmağını zədələdi – YE
Prezident Rasim Balayevə zəng vurdu

Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevlə telefonla danışıb.

Bu barədə Rasim Balayev özü məlumat verib. 

“Bir neçə dəqiqə əvvəl cənab prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bildirdim. Bildirdi ki, bu il kino sahəsinə beş milyon ayrıldı.

Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst-üstə düşür”.

Qeyd edək ki, martın 1-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. R.Balayev görüşə dəvət olunmayıb.

Məlumat üçün bildirək ki, Xalq artisti Mehriban Zəki çıxışında kinoya diqqətin artırılmasını xahiş etmişdi:

“Mən daha çox diqqətinizi kinoya yönəltmək istəyirəm. Mənim gəncliyimdə kinostudiyanın həyətində, onun divarları arasında çox fəal yaradıcı proseslər baş verirdi. Son illərə qədər bu proses davam edirdi.

Müasir dövrdə, müstəqillik dövrümüzdə artıq çəkilmiş filmlər, mənim də çəkildiyim “Nabat”, “Yarımçıq xatirələr”, “Dolu”, “Axınla aşağı” filmləri və adlarını unutduğum bir çox filmlər var. Bir çox filmlər A kateqoriyalı festivallarda iştirak edib, müəyyən nailiyyətlər qazanıb. Amma təəssüf edirəm ki, son iki ildə dövlət sektorunda filmlərimizin inkişafı, çəkilməsi nədənsə avazıyıb.

Kinostudiyamızın divarları soyuyub. Ona görə, cənab Prezident, mənim o uşaqlıq arzum olan kinostudiyada coşqun həyat, sənət eşqi davam etsin, diqqətinizi bir daha oraya yönəltmək istərdim”.


Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevlə telefonla danışıb. Bu barədə Rasim Balayev özü məlumat verib.  “Bir neçə dəqiqə əvvəl cənab prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bildirdim. Bildirdi ki, bu il kino sahəsinə beş milyon ayrıldı. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar