• – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədindəki olayla bağlı rəsmi Bakının sərt mövqeyini İFADƏ ETDİ
    – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədi
  • Pomidor  orqanizmdən zəhərli maddələri təmizləyirmiş…
    Pomidor orqanizmdən zəhərli maddələri təmizləyirm
  • “Bu İyulun sərin havası  1918-ci ildə qeydə alınıb”
    “Bu İyulun sərin havası  1918-ci ildə qeydə
  • Hafiz Hacıyev- namaz onun belini qırsın” – “Ziya Məmmədov namaz qılır?
    Hafiz Hacıyev- namaz onun belini qırsın” 
  • GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
    GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
  • “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  dönür – YENİLƏNİB
    “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  d
  • Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdün
  • ARIEN Robben karyerasını başa vurdu
    ARIEN Robben karyerasını başa vurdu
  • Vizasız bu ölkələrə gedə biləcəyik
    Vizasız bu ölkələrə gedə biləcəyik
  • Peru Amerika Kubokunun yarımfinalına adladı
    Peru Amerika Kubokunun yarımfinalına adladı
 YAP NİZAMİ Rayon təşkilat sədrinin müavini, İctimai fəal-Ramin Əhmədov: Sosial islahatlar Azərbaycan xalqı tərəfindən alqışla qarşılanır.

Azərbaycanda sosial məsələlərin həlli istiqamətində həyata keçirilən siyasət mövsümi mahiyyətdə deyil, davamlı və prinsipial xarakter daşıyır. Bu gün Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub. Bilavasitə Prezident İlham Əliyevin iradəsinə söykənən bu sistemin dayanıqlığını və davamlılığını təmin edən isə sözsüz ki, dinamik inkişafda olan iqtisadiyyatdır.
XƏBƏRLƏ.İNFO xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov ölkədə aparılan sosial islahatlar və bu islahatlara əhalinin münasibətindən danışarkən deyib.
R.Əhmədov qeyd edib ki, zəif iqtisadi göstəricilər reallığında sosial məsələlərə lazımi diqqət ayırmaq mümkün olmur, dövlət əhalinin sosial müdafiəsini gücləndirməkdə çətinlik çəkir: “Prezident İlham Əliyevin sayəsində isə Azərbaycanda bütün sahələrin inkişafına təkan verən güclü iqtisadi rıçaqlar yaradılıb, daim hərəkətdə olan mexanizm qurulub. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi daim diqqət mərkəzinə gətirilir, bu istiqamətdə ardıcıl proqramlar həyata keçirilir, sistemli addımlar atılır. Prezident İlham Əliyevin ötən 15 ili əhatə edən fəaliyyətinin təhlili də göstərir ki, o, sosial məsələlərin həllinə həmişə xüsusi maraqla yanaşıb, aztəminatlı ailələrin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına davamlı dəstək göstərib. Hakimiyyətə gəldiyi ilk günlərdə elan etmişdi ki, yürüdüləcək siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq və ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi onun əsas hədəfləri sırasında olacaq. Hər ötən dövr göstərdi ki, İlham Əliyev öz prioritetlərinə sadiqdir. Bu vaxta qədər məhz dövlətimizin başçısının təşəbbüsü ilə sosial sahəni əhatə edən bir sıra proqramlar həyata keçirilib, geniş əhatə dairəsinə malik böyük layihələr icra olunub. Hətta dövlətin gəlirləri azaldığı illərdə belə Prezident büdcənin sosial yükünü azaltmadı, sosial infrastruktur layihələrinin icrasında ləngimələrin yaranmasına imkan vermədi. Böhran səbəbindən bəzi ölkələrdə maaş və pensiyalar azaldıldığı halda, Azərbaycanda artırıldı, sosial təşəbbüslər gündəmdən salınmadı. Təkcə bu fakt göstərdi ki, Prezident İlham Əliyev daim ölkə vətəndaşlarını düşünür, onların sosial problemlərinin həllinə xüsusi həssaslıqla yanaşır”.
R.Əhmədov məcburi köçkünlər, müharibə əlilləri, veteranlar və şəhid ailələrinə Prezidentin daim diqqət göstərməsindən, onlara əlahiddə qayğı ilə yanaşmasından da danışıb. “Bu vaxta qədər köçkünlər üçün 100-dən çox şəhərcik tikilib. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilib və bu proses davam edir. 2019-cu il ərzində daha 800 mənzilin verilməsi nəzərdə tutulub. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardımın verilməsini də xüsusi qeyd etməliyik. Bu kimi yanaşmalara, diqqət və qayğı göstəricilərinə başqa hansı ölkədə rast gəlinir? Tam əminliklə deyə bilərəm ki, sadaladığım hallar ancaq Azərbaycan üçün xarakterikdir və bu da birmənalı şəkildə ölkə rəhbərinin şəxsi təşəbbüslərindən irəli gəlir”, – deyə R.Əhmədov əlavə edib.
Sədr müavini islahatların yeni mərhələsinə də toxunub. Sosial müavinətlərin də əhəmiyyətli dərəcədə artırılması Dövlət başçısının diqqət mərkəzində məhz Azərbaycan vətəndaşının dayandığını ifadə edən Ramin Əhmədov gələcək illərdə də bunların davamlı siyasi xətt olacağını da dilə gətirdi.Prezidentin imzaladığı son sərəncamların ölkə əhalisi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan R.Əhmədov deyib: “Ötən ilin ortalarından gözlənilirdi ki, 2019-cu ildən ölkədə islahatların yeni mərhələsi başlayacaq. Belə də oldu və biz indi islahatların daha fəal fazaya keçidini, 2019-cu il üçün nəzərdə tutulan sosial paket elementlərinin tədricən açıqlanması prosesini müşahidə etməkdəyik. Ölkə əhalisi də bunu hiss edir və hər kəs aydın şəkildə görür ki, dövlətimizin başçısı həmişə olduğu kimi, bu gün də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün zəruri addımları atır. Müavinətlərin artırılması ilə bağlı son məlum sərəncam da göstərdi ki, Azərbaycanda sosial məsələlərin həlli yönündə həyata keçirilən siyasət mövsümi mahiyyətdə deyil, davamlı və prinsipial xarakter daşıyır. Biz cəmiyyət içində oluruq, sıravi vətəndaşlarla söhbət aparırıq və əminliklə deyə bilərik ki, sosial sahədə aparılan islahatlar, sosial təminat sahəsinin daha da gücləndirilməsi və ölkədə yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. İnsanlar görürlər ki, dövlət həmişə onların yanındadır. Bunun da nəticəsidir ki, dövlət-xalq birliyi gündən-günə möhkəmlənir, Prezident İlham Əliyevin Azərbaycanı daha böyük uğurlara aparacağına olan inam daha da güclənir”. Bu gün də birdaha əhalinin sosial rifah halına əhəmiyyətli dərəcədə təsir edən , Problemli kreditlərin devalvasiya nəzərə alınaraq dolların əvvəlki kursuna müvafiq dövlət başçımızın imzaladığı Fərman xalqımızın kreditli borc öhdəliyi götürən bütün təbəqəsini sevindirdi. Bütün bu qeyd edilənləri nəzərə alaraq onu birdaha fərəh və sevinc hissilə demək olar ki, 2019-cu il Azərbaycan vətəndaşlarının sosial həyatında daha uğurlu bir il olacaqdır! 


Azərbaycanda sosial məsələlərin həlli istiqamətində həyata keçirilən siyasət mövsümi mahiyyətdə deyil, davamlı və prinsipial xarakter daşıyır. Bu gün Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub. Bilavasitə Prezident İlham Əliyevin iradəsinə söykənən bu sistemin dayanıqlığını və davamlılığını təmin edən isə sözsüz ki, dinamik inkişafda olan iqtisadiyyatdır. XƏBƏRLƏ.İNFO xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Nizami rayon […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar