•  Qarabağdan separtçıları çıxarmağın iki yolu
     Qarabağdan separtçıları çıxarmağın iki yolu
  • Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-  T .Sinyavskaya:
    Heydər Əliyev bizim üçün toy məclisi təşkil etdi-
  • Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölkə kubokunu qazandı..VİDEO
    Qəöbələ təmsilçisi ilk dəfə olaraq futbol üzrə ölk
  • GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti təhqir etdi
    GƏNCƏ Dövlət Universitetinin müəllimi jurnalisti t
  • ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vaxtı
    ORUCLUQ ayının 15-ci günü: dua, imsak və iftar vax
  • XİN başqanımız Fransada Qarabağı müzakirə etdi – YENİLƏNİB + FOTO
    XİN başqanımız Fransada Qarabağı müzakirə etdi 
  • Futbol üzrə millimizin heyəti açıqlandı
    Futbol üzrə millimizin heyəti açıqlandı
  • Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
    Müğənni Cəmilə deputatlığa namizədliyini verəcək
  • DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq – SƏRƏNCAM
    DÜNYA ŞÖHRƏTLİ Arif Məlikova heykəl qoyulacaq R
  •  RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final oyununa dair qəzəbli bəyanatına cavab verdi
     RƏSMİ UEFA  “Arsenal”ın Bakıda keçiriləcək final
Avroliqanın BAKIDA KEÇİRİLƏCƏK finalına biletlər satışa çıxarılır – QİYMƏTLƏR

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalının biletləri martın 7-dən etibarən satışa çıxarılacaq.

XƏBƏRLƏ.İNFO xəbər verir ki, martın 7-si, saat 14:00-da (Bakı vaxtı ilə saat 17:00-da) Uefa.com saytında biletlərin satışına start veriləcək.

Onlayn bilet satışı martın 21-i bizim vaxtla saat 17:00-dək davam edəcək. 64 minlik Bakı Olimpiya Stadionunun yalnız 37500 yerinə bilet neytral azarkeşlərə satılacaq.

İki finalçı komandanın azarkeşlərinə satılması üçün biletlərin sayı daha sonra təsdiqlənəcək. Bu təsdiqdən sonra qalan biletlər yerli təşkilat komitəsinə, milli assosiasiyalara, kommersial tərəfdaşlara, TV yayımçılara, həmçinin UEFA-nın Korporativ Qonaqpərvərlik Proqramına xidmət edənlərə təqdim ediləcək.

Əgər müraciətçilərin sayı 37500-dən çox olarsa, o zaman biletlərin verilməsi lotereya sistemi vasitəsilə müəyyənləşdiriləcək. 

Biletlərin qiymətləri də bəllidir. Dördüncü kateqoriya biletlər üçün məbləğ 30 avro, üçüncü kateqoriya üçün 50 avro, ikinci kateqoriya üçün 90 avro və birinci kateqoriya üçün 140 avro olacaq. 

Fiziki məhdudiyyətli tamaşaçılar üçün qiymət 30 avroyadır. Onları stadiona gətirən adam (məsələn, əlil arabasını daşıyan) üçün isə bilet pulsuz nəzərdə tutulub. 

Gənclər üçün paket təqdim olunacaq və bunun qiyməti 60 avro olacaq. Bu paketə ikinci kateqoriyalı iki bilet – bir böyük (məsələn, valideyn) və bir 14 yaşdan kiçik yeniyetmə üçün dördüncü kateqoriya güzəştində olan bilet daxildir. 400 ədəd gənclər paketi (800 bilet) ümumi ictimaiyyət üçün satışda olacaq.

Hər bir adam maksimum dörd bilet sifariş edə bilər. Biletlər şəxsiləşdiriləcək və hər bir müraciətçinin şəxsi göstəiciləri bilet portalında əks olunacaq.

Müraciətçilər aprelin 5-dən etibarən e-mail vasitəsilə müraciətlərinin nəticəsi barədə məlumatlandırılacaq.

Azərbaycandan kənardan edilən müraciətçilərin biletləri UEFA-nın rəsmi mobil bilet proqramı (tətbiq) vasitəsilə çatdırılacaq. Azərbaycanlı fanatların isə kağız bilet və ya mobil bilet seçmək imkanı olacaq.


Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalının biletləri martın 7-dən etibarən satışa çıxarılacaq. XƏBƏRLƏ.İNFO xəbər verir ki, martın 7-si, saat 14:00-da (Bakı vaxtı ilə saat 17:00-da) Uefa.com saytında biletlərin satışına start veriləcək. Onlayn bilet satışı martın 21-i bizim vaxtla saat 17:00-dək davam edəcək. 64 minlik Bakı Olimpiya Stadionunun yalnız 37500 yerinə bilet neytral azarkeşlərə satılacaq. İki finalçı […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar