• Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
  • YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət günlərinin havası
    YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət gü
  • Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qalib gələrək, finala çıxdı
    Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qa
  • İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə qoyulmuşdu, onu … – FOTO/VİDEO
    İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə
  • 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində Leyla Əliyeva iştirak edir
    31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış
  • Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb – FAKTİKİ HAVA
    Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb &
  • “Qarabağ” yenə “Seltik” və “Kopenhagen”lə qarşılaşa bilər
    “Qarabağ” yenə “Seltik” və
  • Bakıdakı ikinci metro terrorundan-“28 may” hadisəsindən  25 il ötür – ANIM
    Bakıdakı ikinci metro terrorundan-“28 may
Brüsseldə Qarabağ mitinqi başladı – CANLI YAYIM

Brüsseldə Ümumavropa Qarabağ mitinqi başlayıb. 

Mitinqdə Avropada yaşayan çox sayda azərbaycanlı iştirak edir. 

Mitinq Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürası və Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb.

Daha sonra mitinq iştirakçıları Xocalı soyqırımında qətlə yetirilmiş 613 şəhidin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mitinqdə çıxış üçün söz Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçiyə verilib. 

“Dünya təşkilatlarına müraciət edirik. Niyə qulaqlarınızı bizə qapayırsınız? Xocalıda 613 nəfər vəhşicəsinə qətlə yetirilib, Dağlıq Qarabağ və ətrafındakı rayonlardan bir milyondan çox insan öz yurd-yuvalarından didərgin düşüb. Bu vəhşəti niyə görmürsünüz? Bizə yaxşı qulaq asın!

Kiminsə torpağında gözümüz yoxdur. Öz haqqımızı tələb edirik. Ümid edirik ki, Avropa İnsan Haqları Təşkilatı, Avropa Komissiyası və Avropa Birliyi bu problemin həllində bizə yardımçı olacaq və birlikdə bunu həll edəcəyik”, – Dəmirçi qeyd edib.

15:57

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edib. 

Müraciətdə deyilir:

“Əziz həmvətənlər, dəyərli soydaşlar!

Azərbaycan xalqı hər zaman ümummilli məsələlərdə birlik və bərabərlik nümayiş etdirib. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında daim fəallıq göstərərək Azərbaycanı narahat edən problemlərə biganə qalmayıblar. 

Hər birimizə məlum olduğu kimi, Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsindəyik. Bununla əlaqədar olaraq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə 23 fevralda, yerli vaxtla saat 14:00-da Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək.

Mitinq zamanı yüzlərlə soydaşımız “Azərbaycan sülh istəyir!”, “Qarabağa geri qayıtmaq istəyirik!” “Xocalıya ədalət!”, “Dilqəm və Şahbaza azadlıq!” şüarları ilə Avropa Parlamentinə və digər nüfuzlu beynəlxalq təşkilatlara çağırış edəcəklər.

Əziz soydaşlarımız, Sizləri mitinqdə fəal olmağa, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında aktiv iştirak etməyə çağırırıq. 

Dəyərli həmvətənlərimiz, bu, həm Xocalı soyqırımı qurbanlarının, həm də şəhidlərimizin müqəddəs ruhları qarşısında mənəvi borcumuzdur”.


Brüsseldə Ümumavropa Qarabağ mitinqi başlayıb.  Mitinqdə Avropada yaşayan çox sayda azərbaycanlı iştirak edir.  Mitinq Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürası və Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Daha sonra mitinq iştirakçıları Xocalı soyqırımında qətlə yetirilmiş 613 şəhidin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mitinqdə çıxış üçün söz Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçiyə verilib.  “Dünya təşkilatlarına müraciət edirik. Niyə […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar