• Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
  • YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət günlərinin havası
    YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət gü
  • Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qalib gələrək, finala çıxdı
    Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qa
  • İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə qoyulmuşdu, onu … – FOTO/VİDEO
    İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə
  • 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində Leyla Əliyeva iştirak edir
    31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış
  • Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb – FAKTİKİ HAVA
    Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb &
  • “Qarabağ” yenə “Seltik” və “Kopenhagen”lə qarşılaşa bilər
    “Qarabağ” yenə “Seltik” və
  • Bakıdakı ikinci metro terrorundan-“28 may” hadisəsindən  25 il ötür – ANIM
    Bakıdakı ikinci metro terrorundan-“28 may
Şamil Ayrım: “Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşüblər.

 İşçi Qrupunun rəhbəri Əhliman Əmiraslanov Türkiyə-Azərbaycan əlaqələrindən danışaraq bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil, səhiyyə sahələrində yüksək səviyyəli əməkdaşlıq mövcuddur:

“Bu əməkdaşlığın, eləcə də, parlamentlərarası əlaqələrin inkişafında prezident İlham Əliyevin və həmkarı Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri mühüm rol oynayır”.

Diqqətə çatdırılıb ki, MM-in 125 deputatından 65-i Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvüdür.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə deyib ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir.

Ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlığı qeyd edən Ş.Ayrım xüsusilə təhsil sahəsində əlaqələrin uğurlarından danışıb. Enerji sahəsində əməkdaşlığa toxunan dostluq qrupunun rəhbəri “Star” neft emalı zavodunun önəmini qeyd edib.

Bildirib ki, bu, Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır. Tərəflər parlamentlərarası əlaqələrin inkişafına hər zaman töhfələrini verməyə hazır olduqlarını bildiriblər.


Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşüblər.  İşçi Qrupunun rəhbəri Əhliman Əmiraslanov Türkiyə-Azərbaycan əlaqələrindən danışaraq bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil, səhiyyə sahələrində yüksək səviyyəli əməkdaşlıq mövcuddur: “Bu əməkdaşlığın, eləcə də, parlamentlərarası əlaqələrin inkişafında prezident İlham Əliyevin və həmkarı Rəcəb […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar