• Sibel Can “Mir Mövsüm Ağa” ziyarətgahında – VİDEO
    Sibel Can “Mir Mövsüm Ağa” ziyarətgahı
  • Ermənilər FRANSA paytaxtındakı Xocalı tədbirinə BASQIN ETDİ – FOTO
    Ermənilər FRANSA paytaxtındakı Xocalı tədbirinə BA
  •  PREZİDENT İlham Əliyev və birinci xanımın iştirakı ilə ümumxalq Xocalı yürüşü – CANLI
     PREZİDENT İlham Əliyev və birinci xanımın iştirak
  • XOCALI MÜSİBƏTİ 27 İL…
    XOCALI MÜSİBƏTİ 27 İL…
  • Brüsseldə Qarabağ mitinqi başladı – CANLI YAYIM
    Brüsseldə Qarabağ mitinqi başladı – CANLI YA
  • Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənədi təsdiqlədi
    Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənəd
  • MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı an kameralara düşdü – VİDEO
    MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı a
  • 19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir hadisə BAŞ VERƏCƏK
    19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir h
  • Ödəniş etməyi  unudan Deputat -utanaraq mandatından imtina etdi
    Ödəniş etməyi unudan Deputat -utanaraq mandatında
  • Rusiya lideri məşqdə barmağını zədələdi – YENİLƏNİB + VİDEO
    Rusiya lideri məşqdə barmağını zədələdi – YE
Sevgililər gününü TƏNHA  keçirənlər nə etməli? – Psixoloq tövsiyyəsi
Sevgililər gününü TƏNHA  keçirənlər nə etməli? – Psixoloq tövsiyyəsi
Hər il fevralın ortalarına doğru cəmiyyətdə bir canlanma yaranır. Hədiyyə və gül mağazalarının bəxtinə “gün doğur”. Gənclər 14 fevralı Sevgililər günü kimi qeyd etsələr də, orta nəslin nümayəndələri bu günü qəbul...
15 February 2019 08:28
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Hər il fevralın ortalarına doğru cəmiyyətdə bir canlanma yaranır. Hədiyyə və gül mağazalarının bəxtinə “gün doğur”. Gənclər 14 fevralı Sevgililər günü kimi qeyd etsələr də, orta nəslin nümayəndələri bu günü qəbul etmirlər.

Bu gün tənha qalanlar da olur. Ətrafda, sosial şəbəkələrdə hamının sevgilisi ilə fotosunu paylaşması, hədiyyələrinin şəkillərini bölüşməsi tənha insanların psixologiyasına təsir edir, hətta depressiyaya düşməsinə səbəb olur.

Sevgilisi olmayan, tənha insanlar Sevgililər günündə nə etsinlər?

Bu suala psixoloq Validə Abbasova bu cür açıqlama verib:

“Sevgi yalnız qarşı cinsə deyil, eləcə də, anaya, ataya, bacı, qardaşa, yaxın dostuna duyulmalıdır. Eqosunu oxşamaq üçün üçün özünə hər hansı bir hədiyyə ala bilər. Könlünü xoş etmək üçün sevdiyi və dəyər verdiyi insana “səni çox istəyirəm, səni sevirəm” deyə bilər. Depressiyaya düşmək əvəzinə, həmin günü hansısa məşğuliyyətlə başını qatsa, daha müsbət nəticələnər. Həm də 14 fevral bizim üçün sonradan götürülmüş bayramdır deyə, çox təsiri yoxdur. Depressiv hallar az olur.

Qloballaşdığımıza görə, bu tarix çox şişildirilib və istər-istəməz gənclər bu gündən maksimum dərəcədə istifadə etməyə çalışırlar. Amma orta yaşın nümayəndələri bu günə o qədər də çox əhəmiyyət vermirlər. Sevib-sevilmək hər gün olmalıdır. Sevgi paylaşdıqca çoxalır”, – deyə psixoloq qeyd edib.

V.Abbasova sevgililərin bir-birinə aldığı hədiyyələrdən də söz açıb. O, hədiyyə təqdim etmə mərasimlərinin sonradan anlaşılmazlıqlara səbəb olduğunu vurğulayıb:

“Bəzən qarşı tərəfin hədiyyəsi bəyənilmir. Əgər cütlüklər arasında əsl sevgi varsa, sevgilisinin aldığı hədiyyə onun üçün dünyaya dəyər. El məsəlinə görə, bəy verən atın, dişinə baxmazlar. Amma qarşı tərəf verilən hədiyyəni bəyənmirsə, demək, onlar arasında sevgi yoxdur. Belə olan halda, mənim məsləhətim budur ki, elə Sevgililər günündə yox, ümumiyyətlə, sevgisini azad edib, dərhal o insandan ayrılsın”.

Şərh üçün bağlıdı..