• Sibel Can “Mir Mövsüm Ağa” ziyarətgahında – VİDEO
    Sibel Can “Mir Mövsüm Ağa” ziyarətgahı
  • Ermənilər FRANSA paytaxtındakı Xocalı tədbirinə BASQIN ETDİ – FOTO
    Ermənilər FRANSA paytaxtındakı Xocalı tədbirinə BA
  •  PREZİDENT İlham Əliyev və birinci xanımın iştirakı ilə ümumxalq Xocalı yürüşü – CANLI
     PREZİDENT İlham Əliyev və birinci xanımın iştirak
  • XOCALI MÜSİBƏTİ 27 İL…
    XOCALI MÜSİBƏTİ 27 İL…
  • Brüsseldə Qarabağ mitinqi başladı – CANLI YAYIM
    Brüsseldə Qarabağ mitinqi başladı – CANLI YA
  • Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənədi təsdiqlədi
    Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənəd
  • MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı an kameralara düşdü – VİDEO
    MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı a
  • 19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir hadisə BAŞ VERƏCƏK
    19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir h
  • Ödəniş etməyi  unudan Deputat -utanaraq mandatından imtina etdi
    Ödəniş etməyi unudan Deputat -utanaraq mandatında
  • Rusiya lideri məşqdə barmağını zədələdi – YENİLƏNİB + VİDEO
    Rusiya lideri məşqdə barmağını zədələdi – YE
Qurban Qurbanovun oğlu …
Qurban Qurbanovun oğlu …
 İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) növbəti oyununu keçirib. XƏBƏRLƏ.İNFO xəbər verir ki, İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə...
15 February 2019 07:55
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

 İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) növbəti oyununu keçirib.

XƏBƏRLƏ.İNFO xəbər verir ki, İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 6:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Millimizin qollarını Musa Qurbanlı (4), İdris İnqilablı və Kamran Quliyev vurub.

Oyundan sonra dörd qola imza atmış Qurban Qurbanovun oğlu olan Musa Qurbanlı AFFA-nın saytına fikirlərini bildirib:

“Komandada yaxşı ab-hava var. İlk oyunda İspaniya yığması kimi güclü komandaya qarşı oynadıq. Uduzsaq da, layiqli mübarizə apardıq. “Ranero” ilə oyuna gəlincə, qələbə qazanmaq həmişə xoşdur. Qarşıda bizi Şotlandiya yığması ilə çətin oyun gözləyir. Həmin oyunda da maksimum nəticə qazanmaq istəyirik.

Avropa çempionatının elit-raund mərhələsində İrlandiya, Rusiya, Rumıniya kimi güclü komandalarla qarşılaşacağıq. Onlara qarşı var gücümüzlə mübarizə aparacağıq. Təbii ki, əsas məqsədimiz qrupdan çıxmaqdır. İnanıram ki, bu təlim-məşq toplanışında əldə etdiyimiz təcrübə elit-raundda bizə faydalı olacaq”.

Qeyd edək ki, Avropa çempionatının elit-raunduna hazırlaşan U-19 millimiz hazırlıq çərçivəsində əvvəl İspaniya U-19-na 0:2 hesabı ilə uduzmuşdu. Komandamız sonuncu oyununu fevralın 17-də şotlandiyalı həmyaşıdlarına qarşı keçirəcək.

Şərh üçün bağlıdı..