• “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox artıb” – Rövnəq Abdullayev
    “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox a
  • Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
Aygün Kazımova: 14 fevralı qəbul etmirəm – VİDEO
Aygün Kazımova: 14 fevralı qəbul etmirəm – VİDEO
Xalq artisti Aygün Kazımova Oxu.Az-a müsahibə verib. O, müsahibəsində ətrafında gəzib dolaşan söz-söhbətlərə aydınlıq gətirib, klub konsertinə hazırlıqlarından danışıb, maraqlı açıqlamalar verib.  – Aygün xanım, Sevgililər günündə kimdən hədiyyə gözləyirsiniz? –...
14 February 2019 17:10
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Xalq artisti Aygün Kazımova Oxu.Az-a müsahibə verib. O, müsahibəsində ətrafında gəzib dolaşan söz-söhbətlərə aydınlıq gətirib, klub konsertinə hazırlıqlarından danışıb, maraqlı açıqlamalar verib. 

– Aygün xanım, Sevgililər günündə kimdən hədiyyə gözləyirsiniz?

– Şəxsən mən 14 fevralı “sevgililər günü” kimi qəbul etmirəm. Etməyəcəyəm də. Bu haqda mən illər öncə də müsahibələrimdə söyləmişəm. Mənim üçün sevgililər günü İlhamla Fərizənin toy günü, yəni iyulun 30-dur.

– Ötən ayın 26-da təmtəraqlı ad günü məclisinizi niyə mediadan qapalı şəkildə keçirmisiniz?

– Bunun özəl səbəbləri var. Gələn il hamısının acığını çıxacağam. Bu heç də elə-belə deyil.

– Gənc müğənni və duet ortağınız Rəsul Əfəndiyevlə sevgilisiniz?

– Biz sadəcə ad günümdə “Dola mənə qolunu” mahnısını duet şəklində ifa etdik. Bu da söz-söhbətləri daha da artırdı. Əhvalımız çox gözəldir. Duetimiz özəl olaraq yerli radiolarda, daha sonra Türkiyənin “Kral” radiosunda səsləndirildi. Belə gözəl yaradıcı xəbərlərimiz var.

– Baharın ilk günü martın 1-də keçiriləcək konsertinizə necə hazırlaşırsınız?

– Bu dəfə başqa formatda konsert edəcəyəm. Yeni mahnılarımla yanaşı tamaşaçılara “DUY” albomumda yer alan mahnıları oxuyacağam. Albomum klub formatında olduğundan konsertim də elə klub variantında olacaq. 

– Yeni klipləriniz nə zaman işıq üzü görəcək?

– “DUY” klipim yaxın ərəfələrdə Türkiyənin “NET muzik”ə yüklənəcək və orada yayımlanacaq. Bu həm DJ David Vendettanın, həm də komandamım qərarıdır. Amma mən bununla kifayətlənməyəcəyəm. “Toy boy” mahnısını ekranlaşdıracağam.

Xalq artisti Aygün Kazımova ilə hazırladığımız geniş videoreportajı sizə təqdim edirik: 

 

Şərh üçün bağlıdı..