• FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
    FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
  • Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
    Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
  • Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daşqalaq etdilər – VİDEO
    Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daş
  • ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ: ölənlər var – VİDEO
    ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ:
  •  TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilər
     TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilə
  • SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən artıq ölü – YENİLƏNİB + VİDEO
    SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən ar
  •  Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq …
     Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd
  • Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qalxdı
    Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qa
  • Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
    Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
  • Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayıracaq
    Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayırac
Dövlət başçısı evi dağılan yaşlı qadının əlini öpdü – VİDEO

Xəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyev fevralın 7-də zəlzələnin baş verdiyi Şamaxı rayonuna baş çəkib.

XƏBƏRLƏ. İNFO-nun məlumatına görə, Azərbaycan prezidenti Şamaxı şəhəri, Salman Mümtaz küçəsi 33 ünvanında yerləşən və ən çox zərər dəymiş evin sakinləri ilə görüşüb. 

Prezidentə məlumat verilib ki, Rasim Həsənova məxsus iki mərtəbəli, beş otaqlı evin iki otağı tamamilə dağılaraq yararsız vəziyyətə düşüb.

Yaranmış vəziyyətlə tanış olan dövlət başçısı dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq göstəriş verib. 

Ev sahibləri ilə görüş zamanı maraqlı anlar yaşanıb. Belə ki, ev sahibi olan yaşlı qadın prezident İlham Əliyevlə görüş zamanı ona təşəkkürünü bildirib, əlini öpmək istəsə də, dövlət başçısı incə bir jestlə özü əyilərək qadının əllərindən öpüb.

Prezident zəlzələdən zərər çəkən hər kəsə kömək ediləcəyini bildirib:

“Harda evləri bərpa etmək mümkündürsə, bərpa ediləcək. Harada bərpa etmək mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürüb”.

Qeyd edək ki, dövlət başçısı Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam da imzalayıb.

Sənədə əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə – İsmayıllı ərazisində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

 


Xəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyev fevralın 7-də zəlzələnin baş verdiyi Şamaxı rayonuna baş çəkib. XƏBƏRLƏ. İNFO-nun məlumatına görə, Azərbaycan prezidenti Şamaxı şəhəri, Salman Mümtaz küçəsi 33 ünvanında yerləşən və ən çox zərər dəymiş evin sakinləri ilə görüşüb.  Prezidentə məlumat verilib ki, Rasim Həsənova məxsus iki mərtəbəli, beş otaqlı evin iki otağı tamamilə dağılaraq yararsız vəziyyətə düşüb. […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar