• Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənədi təsdiqlədi
    Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənəd
  • MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı an kameralara düşdü – VİDEO
    MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı a
  • 19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir hadisə BAŞ VERƏCƏK
    19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir h
  • Ödəniş etməyi  unudan Deputat -utanaraq mandatından imtina etdi
    Ödəniş etməyi unudan Deputat -utanaraq mandatında
  • Rusiya lideri məşqdə barmağını zədələdi – YENİLƏNİB + VİDEO
    Rusiya lideri məşqdə barmağını zədələdi – YE
  • Donuzlardan insanlara qaraciyər transplontasiyası… DƏHŞƏT…
    Donuzlardan insanlara qaraciyər transplontasiyası&
  • Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI – 70 ölü..
    Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI – 70
  • Çərşənbə və cümə axşamı günlərində temperaturun mənfi 50-60 dərəcəyə enməsi gözlənilir.
    Çərşənbə və cümə axşamı günlərində temperaturun mə
  •  AĞDAM “Qarabağ” Ukrayna çempionuna yenə məğlub oldu
     AĞDAM “Qarabağ” Ukrayna çempionuna yenə məğlub ol
  •  Moskva aeroportlarında 20-dən çox reys təxirə salınıb- SƏBƏB İSƏ…
     Moskva aeroportlarında 20-dən çox reys təxirə sal
“Neftçi”-nin düşərgəsində İtaliyalı hücumçu – YENİLƏNİB + FOTO/VİDEO

“Neftçi” PFK italiyalı futbolçu Canluka Sansone ilə 1,5 illik müqavilə bağlayıb. 

XƏBƏRLƏ.İNFO xəbər verir ki, klubun rəsmi saytında verilən məlumata görə, 31 yaşlı forvard komandanın heyətində 16 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu Novara (2016-2019) olan Sansone İtaliyanın “Montorio” (2005-2006), “Peşina” (2006-2008), “Syena” (2008-2010), “Qallipoli” (2009), “Lançano” (2009-2010), “Frosinone” (2010-2011), “Sassuolo” (2011-2012), “Torino” (2012-2013), “Sampdoriya” (2013-2016), “Bolonya” (2015), “Bari” (2015-2016) klublarında da çıxış edib.

İtaliyalı hücumçu

 

“Neftçi” heyətinə yeni futbolçu cəlb edib. 

İtaliyanın Alfredopedulla.com saytının eksklüziv məlumatına görə, paytaxt klubu baş məşqçi Roberto Bordinin həmyerlisi olan Canluka Sansoneni heyətinə qatıb və onunla 2020-ci ilədək müqavilə bağlanıb. 

Hücumçunun yeni klubu ilə müqavilə bağlanması ya bu gün, ya da ilk iş günündə elan olunacaq.

Sansonenin karyerası bütövlüklə İtaliyaya bağlıdır. Bu o deməkdir ki, 31 yaşlı mərkəz hücumçusu ilk dəfə legioner karyerasını məhz ölkəmizdə yaşayacaq.

Forvard peşəkar karyerasına “Montorio” klubunda başlayıb. Daha sonra o, 2010-cu ildə ləğv edilmiş D Seriyası klubu “Valle del Covenko”da çıxış edib. 

Burda iki il ərzində 14 qol vurması o vaxt A Seriyasında çıxış edən “Syena”nın diqqətini cəlb edib. 2008-ci ilin 30 iyununda “Syena” klubu onunla beş illik müqavilə bağlasa da, əsas komandaya düşə bilməyib və “Qallipoli” və “Lançano” kimi həvəskar xarakterli klublara icarəyə verilib.

2010-cu ilin iyununda B Seriyası klubu “Frozinone” 400 min avroya onu heyətinə qatır. Burda mövsümə 10 qol vurması “Sassuolo”nun onu 425 min avroya transfer etməsinə səbəb olur. 

“Syena” isə futbolçunun hüquqlarına sahib kimi bu transferdən 800 min avro qazanır. Sansone bu klubda ən uğurlu mövsümünü keçirir və 40 matça 20 qol vurur.

2012-ci ilin iyulunda A Seriyası klubu “Torino” onu 1,6 milyon avroya transfer edir. Ancaq burda cəmi 1 qol vurması onun altı ay sonra digər A Seriyası klubu “Sampdoria”ya 4,5 illik müqavilə qarşılığında 1,45 milyon avroya satılmasına gətirib çıxarır. 

O, “Sampdoria”da üç mövsümə cəmi beş qol vurur. Zəif məhsuldarlıq onun B Seriyası klubu “Bolonya” və “Bari”yə icarəyə göndərilməsi ilə nəticələnir.

2016-cı ilin 13 iyulunda B Seriyası klubu “Novara”ya keçən Canluka Sansone bu liqada iki mövsümə yeddi qol vurur. Onun komandası ötən mövsüm çempionatda sonuncu yeri tutaraq C Seriyasına yuvarlanıb. Sansone cari mövsüm bu komandada iki oyun keçirib və bir qol vurub. Onun meydanda olduğu vaxt isə cəmi 39 dəqiqə olub.

İtaliyanın məşhur tuttomercatoweb.com saytına inansaq, o, bu komandadan qışda ayrılıb. Bu üzdən “Neftçi”nin bu transferə görə xərc çəkməyəcəyini demək olar.


“Neftçi” PFK italiyalı futbolçu Canluka Sansone ilə 1,5 illik müqavilə bağlayıb.  XƏBƏRLƏ.İNFO xəbər verir ki, klubun rəsmi saytında verilən məlumata görə, 31 yaşlı forvard komandanın heyətində 16 nömrəli formanı geyinəcək. Qeyd edək ki, sonuncu klubu Novara (2016-2019) olan Sansone İtaliyanın “Montorio” (2005-2006), “Peşina” (2006-2008), “Syena” (2008-2010), “Qallipoli” (2009), “Lançano” (2009-2010), “Frosinone” (2010-2011), “Sassuolo” (2011-2012), “Torino” (2012-2013), […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar