• – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədindəki olayla bağlı rəsmi Bakının sərt mövqeyini İFADƏ ETDİ
    – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədi
  • Pomidor  orqanizmdən zəhərli maddələri təmizləyirmiş…
    Pomidor orqanizmdən zəhərli maddələri təmizləyirm
  • “Bu İyulun sərin havası  1918-ci ildə qeydə alınıb”
    “Bu İyulun sərin havası  1918-ci ildə qeydə
  • Hafiz Hacıyev- namaz onun belini qırsın” – “Ziya Məmmədov namaz qılır?
    Hafiz Hacıyev- namaz onun belini qırsın” 
  • GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
    GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
  • “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  dönür – YENİLƏNİB
    “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  d
  • Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdün
  • ARIEN Robben karyerasını başa vurdu
    ARIEN Robben karyerasını başa vurdu
  • Vizasız bu ölkələrə gedə biləcəyik
    Vizasız bu ölkələrə gedə biləcəyik
  • Peru Amerika Kubokunun yarımfinalına adladı
    Peru Amerika Kubokunun yarımfinalına adladı
Gömrük rəhbərindən korrupsiya ittihamlarına – CAVAB

Dövlət Gömrük Komitəsi (DGK) qurumun strukturuna daxil olan Bakı Baş Gömrük İdarəsində və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində korrupsiyanın mövcudluğuna dair KİV-də yayılmış informasiyalara münasibət bildirib.

DKG-nin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün bəzi kütləvi informasiya vasitələrində son dövrlər gömrük sistemində aparılan şəffaflığın təmin olunması və korrupsiya hallarına qarşı mübarizə tədbirləri ilə bağlı yazılarda hər hansı fakta əsaslanmayan məlumatlar yayılıb.

“Belə ki, bu qəbildən olan yazılarda Dövlət Gömrük Komitəsinin və onun rəhbərliyinin korrupsiya və rüşvətə qarşı atdığı addımlar alqışlansa da, DGK-nın strukturuna daxil olan Bakı Baş Gömrük İdarəsində və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində bu sahədə neqativ halların hələ də mövcudluğundan bəhs olunur.

Əslində, media nümayəndələrinin gömrükdə baş verən prosesləri, xüsusilə komitə rəhbərliyinin də dəfələrlə vurğuladığı kimi mənfi halları diqqətdə saxlaması müsbət haldır və gömrük-media əməkdaşlığının inkişafından xəbər verir.  Lakin, bu zaman yalnız konkret faktlara istinad edilməsi,  ümumi işə və gömrük-media əməkdaşlığına fayda verə bilər.

Qeyd edək ki, yazıda konkret şəxslər, yüklər, bəyannamələr və ya gömrük araşdırması üçün hər hansı dəlil təşkil edəcək vasitə olmadığından, müəllifin özünün də ifadə etdiyi kimi bunları yalnız şayiə və ya kiminsə təxəyyülünün məhsulu adlandırmaq olar.

Üstəlik, media qurumları və jurnalistlər istədikləri vaxt gömrük rəsmiləşdirilməsi və gömrük ödənişlərinin həyata keçirilməsi proseslərini əyani şəkildə müşahidə edə, deyilənlərin həqiqətən də şayiə olduğunu bariz şəkildə görə bilərlər.

Dövlət Gömrük Komitəsi hər zaman gömrük-media əməkdaşlığına xüsusi önəm verir, bir daha kütləvi informasiya vasitələrinə və jurnalistlərə  gömrük orqanlarının fəaliyyətinə dair yazıları hazırlayarkən konkret faktlara söykənməyi tövsiyə edir”, – deyə məlumatda qeyd olunur.


Dövlət Gömrük Komitəsi (DGK) qurumun strukturuna daxil olan Bakı Baş Gömrük İdarəsində və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində korrupsiyanın mövcudluğuna dair KİV-də yayılmış informasiyalara münasibət bildirib. DKG-nin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün bəzi kütləvi informasiya vasitələrində son dövrlər gömrük sistemində aparılan şəffaflığın təmin olunması və korrupsiya hallarına qarşı mübarizə tədbirləri ilə bağlı yazılarda […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar