• SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən artıq ölü – YENİLƏNİB + VİDEO
    SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən ar
  •  Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq …
     Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd
  • Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qalxdı
    Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qa
  • Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
    Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
  • Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayıracaq
    Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayırac
  • AvrO Liqa 1\4 FİNAL NƏTİCƏLƏRİ: “Arsenal” “Napoli”ni məğlub edib – VİDEO
    AvrO Liqa 1\4 FİNAL NƏTİCƏLƏRİ: “Arsenal” “Napoli”
  • Azərbaycanda bu tərkibli dərman vasitələri qadağan edildi
    Azərbaycanda bu tərkibli dərman vasitələri qadağan
  • İlham Əliyev seçicilərinin yüksək etimadını daha da artırıb – SORĞU
    İlham Əliyev seçicilərinin yüksək etimadını daha d
  • PREZİDENT İlham Əliyev 10 milyonuncu Azərbaycan vətəndaşına ev və pul bağışladı –
    PREZİDENT İlham Əliyev 10 milyonuncu Azərbaycan və
  •  ZAKIR HƏSƏNOV Orduya döyüş əməliyyatlarının başlamasına hazır olmaq əmrini verdi…
     ZAKIR HƏSƏNOV Orduya döyüş əməliyyatlarının başla
BİNƏ  KƏNDİNDƏ acınacaqlı mənzərə -Bəs  Bələdiyyəyə toplanan vəsait? FOTO

Xəzər Rayonu İcra hakimiyyəti Binə kəndində yolların pis vəziyyətə düşməsinə münasibət bildirib.

Rayonun icra başçının köməkçisi İslamov Hikmət  açıqlamasında qeyd edib ki, Südçülük adlanan ərazidə yolların pis vəziyyətdə olması ilə bağlı onların məlumatı var.

Onun sözlərinə görə, yaxın gələcəkdə həmin ərazilərin əsaslı təmiri planlaşdırılır. 

“Südçülükdə yerləşən yolların əsaslı təmiri üçün vəsait tələb olunur. Küçələrin təmiri ilə bağlı məsələ Dövlət Proqramına salınıb. Baş vermiş hadisə ilə bağlı qəsəbə nümayəndəsinin məlumatı var”, – deyə o bildirib. 

H.İslamov ərazinin nə zaman təmir olunacağı ilə bağlı dəqiq məlumat vermək çətinlik çəkib: 

“Biz layihələr hazırlamışıq. Həmin layihələr təsdiq olunandan sonra ərazidə müvafiq işlərə başlaya bilərik”.

09:36

Paytaxtın Binə kəndində yollar bərbad vəziyyətə düşüb.

Görüntüləri “Facebook” sosial şəbəkəsində jurnalist Zülfiyyə Quliyeva paylaşıb.

Binə kəndinin Südçülük adlanan ərazisində yol kənarında su ötürücülərinin olmaması səbəbindən yağış suları yolun üst qatını yuyaraq geniş çalalar əmələ gətirib, və bu da kənd sakinlərinə çətinliklər yaradıb.

Ərazidə yaşayan qadın və uşaqlar çala-çuxur, palçıq içində olan yolları düzəltməyə çalışıblar.

Yerli sakinlər yaranmış vəziyyətdən narazılıqlarını ifadə ediblər.

www.


Xəzər Rayonu İcra hakimiyyəti Binə kəndində yolların pis vəziyyətə düşməsinə münasibət bildirib. Rayonun icra başçının köməkçisi İslamov Hikmət  açıqlamasında qeyd edib ki, Südçülük adlanan ərazidə yolların pis vəziyyətdə olması ilə bağlı onların məlumatı var. Onun sözlərinə görə, yaxın gələcəkdə həmin ərazilərin əsaslı təmiri planlaşdırılır.  “Südçülükdə yerləşən yolların əsaslı təmiri üçün vəsait tələb olunur. Küçələrin təmiri ilə […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar