• “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox artıb” – Rövnəq Abdullayev
    “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox a
  • Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
Orta Asiyada böyük coşğuya səbəb-Tərlan Novxanılının ifası idi
Orta Asiyada böyük coşğuya səbəb-Tərlan Novxanılının ifası idi
Tərlan Novxanılının möhtəşəm ifası– Orta Asiyada böyük coşquya səbəb oldu! Gənc və istedadlı musiqiçi-meyxanaçı Tərlan Novxanılı bildiyimiz kimi bu yaxınlarda Orta Asiyanın ən böyük ölkəsi hesab edilən Özbəkistanda keçirilən möhtəşəm...
20 November 2018 12:35
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Tərlan Novxanılının möhtəşəm ifası– Orta Asiyada böyük coşquya səbəb oldu! Gənc və istedadlı musiqiçi-meyxanaçı Tərlan Novxanılı bildiyimiz kimi bu yaxınlarda Orta Asiyanın ən böyük ölkəsi hesab edilən Özbəkistanda keçirilən möhtəşəm konsert proqramında vətənimizi təmsil etdi. Paytaxt Daşkənddə tikilib istifadəyə verilmiş, Xalqımızın ümummilli lideri , dahi Heydər Əliyevin abidəsi ucaldılmış Mədəniyyət və incəsənət Parkında təşkil olunmuş konsert proqramında həmyerlimiz tarixi bir uğura imza atdı. Gənc ifaçının qısa zaman kəsiyində artıq dillər əzbəri olmuş “Bimar”( Bemar) adlı müəllifi olduğu mahnısıyla silsilə musiqili mahnı və meyxana nömrələri müşaiyət edilən ifalar böyük bir coşquya səbəb olmuşdur. Konsertdə bir sıra asiya xalqlarının hökümət nümayəndələrilə bərabər, həmçinin Özbəkistan respublikasının hökumət rəhbəri və ailə üzvləri yaxından iştirak etmişlər. Konsertə təşrif buyuran əksər iştirakçıların əlində üçrəngli dövlət bayrağımız, həmyerlimiz Tərlan Novxanılının “Azərbaycanım ” mahnısı sədaları altında göylərdə dalğalandı ! Milli folklorumuzun bir unudulmaz janrı olan, milli musiqi irsimizin sıralarına daxil edilmiş meyxana janrının təmsilçisi-ifaçısı olan Tərlan Novxanılının bu böyük səhnədən canlı oxuması hər kəsi heyrətləndirdi. Konsertlə bağlı Türk Folklor nümunəsini layiqincə yerinə yetirən Tərlan Novxanılıya sonda Konsertdə iştirak edən mötəbər nümayəndələrin alqışdolu fikirləri də səsləndirilmişdir. Vətənə bucür, qucaqdolu sevgi və Təşəkkürnamə ilə dönən tanınmış meyxanaçının Azərbaycanın Mədəniyyət və Turizm nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş idarəsinin təşkilatçılığı ilə 17 noyabr saat 14:00-da Maştağa Mədəniyyət Mərkəzində Böyük təntənəyə səbəb olan geniş Yaradıcılıq konserti də uğurla baş tutdu.Konsertdə iştirak edən bir sıra tanınmış musiqiçilərdən, əməkdar artist Aygün Bəylər, tanınmış müğənnilər Səidə Dadaşova, Mətanət Əsədova, İradə Mehin, Nüşabə Musayeva, Dəniz, Rəqqasə-müğənni Dana(Dürdanə) meyxanaçı Mehman Əhmədli, Samirə və bir sıra müğənnilər öz gözəl ifaları ilə Mədəniyyət Mərkəzinə toplaşan, Bakının ən böyük qəsəbəsi sayılan Maştağa sakinlərinin anşlaqla dolu möhtəşəm coşqusuna səbəb oldu. Konsertin Aparıcısı məşhur teleaparıcı Humay Muxtarqızı baş tutan bu möhtəşəm konserti Ölkəmizdə qeyd edilən Dirçəliş gününə xoş təsadüf etdiyini buraya toplaşanların bir daha xatirinə çatdırdı. Repertuarında vətənə və xalqa olan misilsiz sevgi və ehtiramı özündə əks etdirən Tərlan Novxanılının biri-birindən maraqlı və gözəl ifaları saraya toplaşanların gur alqışına səbəb oldu. Maştağa Mədəniyyət evinin Özfəaliyyət Rəqs kollektivinin atəşfəşanlıqla keçən milli geyimdə ifa olunan musiqi nömrələri bir daha bu möhtəşəm konsertə xüsusi bir rəng qatdı. Tərlan Novxanılının Konsertin sonunda doğma Azərbaycanımıza həsr etdiyi meyxana kompazisiyası Mədəniyyət Mərkəzinə toplaşan bütün izləyiciləri ayaq üstə gur alqışı ilə yadda qaldı. Gənc ifaçı bu yaradıcılıq gününə və 17noyabr Milli Dirçəliş gününə toplaşan bütün iştirakçıları və xalqımızı səhnədən təbrik edərək Xalqımıza və dövlətimizin bir daha möhkəmlənməsi naminə bundan sonra da hamını həmrəy olmağa səslədi. Biz də Xəbəraz.az media komandası olaraq gənc və istedadlı sənətçiyə , tanınmış Meyxanaçı Tərlan Novxanılıya bu yolda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

Xəyyam Qurban

Şərh üçün bağlıdı..