• FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
    FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
  • Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
    Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
  • Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daşqalaq etdilər – VİDEO
    Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daş
  • ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ: ölənlər var – VİDEO
    ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ:
  •  TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilər
     TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilə
  • SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən artıq ölü – YENİLƏNİB + VİDEO
    SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən ar
  •  Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq …
     Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd
  • Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qalxdı
    Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qa
  • Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
    Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
  • Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayıracaq
    Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayırac
Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI – 70 ölü..
Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI – 70 ölü..
Suriyada uzun müddətdir ki, gərginlik yaşayan Rusiyanın dəstək veridiyi “Aslan Qüvvələrinin 5-ci birliyi” və Bəşər Əsədin qardaşının rəhbərlik etdiyi İranın dəstəklədiyi “4-cü təriqət” qrupları arasında qarşıdurma yaranıb. Publika.az -a istinadən Xəbərlə.info...
30 January 2019 17:27
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Suriyada uzun müddətdir ki, gərginlik yaşayan Rusiyanın dəstək veridiyi “Aslan Qüvvələrinin 5-ci birliyi” və Bəşər Əsədin qardaşının rəhbərlik etdiyi İranın dəstəklədiyi “4-cü təriqət” qrupları arasında qarşıdurma yaranıb.

Publika.az -a istinadən Xəbərlə.info xəbər verir ki, olay nəticəsində hər iki tərəfdən ümumilikdə 70 nəfər həlak olub, çox sayda yaralı var.

Qarşıdurmaya səbəb isə anlaşmazlıq olub. İnsidentdən sonra “4-cü təriqət” qarşı tərəfin nəzarətində olan Rasif kəndini ələ keçirib.

Qeyd edək ki, qarşıdurmalar ötən həftədən bəri mütəmadi olaraq davam etməkdədir. Həmin zamandan etibarən tərəflər arasında atəşkəslə bağlı razılaşma əldə edilsə də, buna əməl edən yoxdur. Əksinə, insident şiddətlə davam edir.

Azad Suriya Ordusunun bölmələrindən biri olan Milli Azadlıq Cəbhəsinin Nasir ordusu rəsmisi Məhəmməd Rəşid verdiyi açıqlamada bildirib ki, Rusiya ilə İran arasında bölgədə hakimiyyət uğrunda mübarizə gedir: “Rusiya hərbi müxaliflərlə təmas xətlərində İranın dəstəklədiyi qrupların olmasını istəmir. Bu həmlələrlə Rusiya İranın orduya sahib olmaq istəyinin qarşısını almaq niyyətindədir”.

Məlumat üçün bildirək ki, iki qrupun ticarət yolları üzərində nəzarəti, xərac kəsmək və dinc sakinlərin məskunlaşması kimi məsələlərdə anlaşmazlığı var.

Rusiya ilə İran arasındakı gizli gərginliyin ən bariz nümunəsi İsrailin İrana qarşı istifadə edilməsi olduğu bildirilir. Çünki İsrail Suriyanın hava sahəsinə girişləri Rusiya ilə birgə koordinasiya edir. Rusiyanın icazəsi sayəsində İsrail son dövrlərdə Hizbullah qüvvələrini rahatlıqla və tez-tez hədəfə ala bilir. Bəşər Əsəd rejimi isə uzun müddətdir ki, Suriyada müxaliflərə qarşı əməliyyatları öz ordusu ilə deyil, İran dəstəkli xarici terror qüvvələri vasitəsilə həyata keçirir.

Şərh üçün bağlıdı..