• FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
    FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
  • Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
    Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
  • Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daşqalaq etdilər – VİDEO
    Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daş
  • ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ: ölənlər var – VİDEO
    ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ:
  •  TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilər
     TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilə
  • SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən artıq ölü – YENİLƏNİB + VİDEO
    SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən ar
  •  Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq …
     Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd
  • Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qalxdı
    Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qa
  • Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
    Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
  • Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayıracaq
    Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayırac
 Ramin Əhmədov: “DÖVLƏT Başçımız Şəhid Ailələrinə Həmişə Xüsusi Diqqət və Qayğı Göstərib”
 Ramin Əhmədov: “DÖVLƏT Başçımız Şəhid Ailələrinə Həmişə Xüsusi Diqqət və Qayğı Göstərib”
“Ölkə başçısı dəfələrlə bildirib ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezidentin müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq həyata keçirilən iqtisadi inkişaf siyasətini hər bir ölkə vətəndaşı kimi şəhid ailələri...
29 January 2019 15:45
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo
b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_cdddd.jpg
“Ölkə başçısı dəfələrlə bildirib ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezidentin müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq həyata keçirilən iqtisadi inkişaf siyasətini hər bir ölkə vətəndaşı kimi şəhid ailələri də hiss edir”.

XƏBƏRLƏ.İNFO xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov Prezident İlham Əliyevin şəhid ailələri ilə bu gün keçirdiyi görüşü barədə danışarkən deyib.

Prezidentin şəhid ailələri və müharibə veteranları ilə görüşlərinin mütəmadi hal aldığını qeyd edən R.Əhmədov dövlətimizin başçısınin bölgələrə səfərləri zamanı da şəhid ailələri ilə görüşərək, onların problemləri ilə yaxından maraqlandığını deyib: “ Bu gün də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ənənələrinə sadiq qalaraq şəhid ailələri ilə görüş keçirib. Görüş zamanı şəhid ailələrinin problemləri dinlənilib. İlham Əliyev vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni Fərman imzaladığını və bu Fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirib. Bu, şəhid ailələrinə dövlətin xüsusi diqqət və qayğı ilə yanaşmasının bariz nümunəsidir”.

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1548677007_50967363_2315615378670801_2614967804259991552_n.jpg

Ramin Əhmədov bildirib ki, Prezidentin müvafiq sərəncamları ilə şəhid ailələri bir sıra imtiyazlardan da istifadə edirlər: “Onlara qanunvericiliyə uyğun olaraq müavinətlər və Prezident təqaüdü verilir. Şəhid ailələri və Qarabağ veteranlarına yeni mənzillərin verilməsi sistemli xarakterdədir. Şəhid ailələrinin övladları universitetlərdə ödənişsiz əsaslarla təhsil alır, onlara ev tikmək üçün güzəştli şərtlərlə torpaq sahələri ayrılır. Bütün bunlar Azərbaycan prezidenti İlham Əliyevin şəhid ailələrinə göstərdiyi maddi və mənəvi qayğının bariz nümunəsidir”. 

Həmçinin  Ramin Əhmədov , prezident İlham Əliyev doğma xalqına bir rəhbər olaraq  prezidentliyi dövründə öz doğum günlərində belə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qazilər və şəhid ailələrinin yaşadığı ünvanlara şəxsən özü yollanaraq onları bir daha mənzil şəraitinin yaxşılaşdırılması üçün onlara yeni avtomobil və genişotaqlı çoxsaylı mənzil hədiyyələri də bəxş etməsini məxsusi olaraq qeyd etdi. 

R.Əhmədov Prezident İlham Əliyevin bu vaxta qədər şəhid ailələrinə, müharibə veteranlarına 5500-dən çox fərdi ev və mənzil, altı mindən çox minik maşını hədiyyə etdiyini də vurğulayaraq qeyd edib ki, vətən uğrunda canından keçən şəhidlərimizin ailələrinin rifah halının yaxşılaşdırılmasını hədəfləyən siyasət bu gün də davam etdirilir.

 Bütün bunlar isə Azərbaycan xalqının , ona Ulu Öndər siyasətinin layiqli davamçısı olan bir rəhbərin-Cənab İlham Əliyevlə Azərbaycan xalqının bir əbədi sevgisinin təzahürü olaraq gələcək nəsillərə bir millətsevərlik nümunəsi olacaqdır! 

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1548676763_51186845_10210882316492918_533933914578747392_n_1.jpg

Şərh üçün bağlıdı..