• Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənədi təsdiqlədi
    Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənəd
  • MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı an kameralara düşdü – VİDEO
    MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı a
  • 19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir hadisə BAŞ VERƏCƏK
    19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir h
  • Ödəniş etməyi  unudan Deputat -utanaraq mandatından imtina etdi
    Ödəniş etməyi unudan Deputat -utanaraq mandatında
  • Rusiya lideri məşqdə barmağını zədələdi – YENİLƏNİB + VİDEO
    Rusiya lideri məşqdə barmağını zədələdi – YE
  • Donuzlardan insanlara qaraciyər transplontasiyası… DƏHŞƏT…
    Donuzlardan insanlara qaraciyər transplontasiyası&
  • Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI – 70 ölü..
    Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI – 70
  • Çərşənbə və cümə axşamı günlərində temperaturun mənfi 50-60 dərəcəyə enməsi gözlənilir.
    Çərşənbə və cümə axşamı günlərində temperaturun mə
  •  AĞDAM “Qarabağ” Ukrayna çempionuna yenə məğlub oldu
     AĞDAM “Qarabağ” Ukrayna çempionuna yenə məğlub ol
  •  Moskva aeroportlarında 20-dən çox reys təxirə salınıb- SƏBƏB İSƏ…
     Moskva aeroportlarında 20-dən çox reys təxirə sal
Avropa Gənclər Olimpiya Festivalının açılışı Ölkəmizin hansı idman arenasında keçiriləcək?

21-27 iyul tarixlərində Bakıda Avropa Gənclər Olimpiya Festivalının açılış və bağlanış mərasiminin keçiriləcəyi məkan bəlli olub.

Xəbərlə. info Media.Az-a istinadən xəbər verir ki, Avropa Gənclər Olimpiya Festivalının açılış və bağlanış mərasimi “Baku Crystall Hall”da baş tutacaq.

Bu məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

Xatırladaq ki, 2015-ci ildə ilk Avropa oyunlarının açılış və bağlanış mərasimləri, habelə dördüncü İslam Həmrəyliyi Oyunları (2017) Bakının Olimpiya Stadionunda keçirilmişdi.

Qeyd etmək lazımdır ki, Azərbaycanın qarşıdakı Oyunları keçirmək üçün hazırlıq səviyyəsini qiymətləndirən Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyası serbiyalı Corc Visakinin başçılığı altında Bakıya iki günlük işgüzar səfər edib. Səfərin yekunlarına əsasən, komissiya “Bakı-2019” təşkilat komitəsinin Avropa Gənclər Olimpiya Festivalını yüksək səiyyədə keçirməyə hazır olduğunu vurğulayıb.

Xüsusilə bütün təşkilati sahələrdə, o cümlədən, idman proqramı, keçirilmə yeri, nəqliyyat, qeydiyyat müddəti və qiymətləri, akkreditasiya ilə bağlı irəliləyiş qeydə alınıb. “Bakı-2019” əməliyyat komitəsinin rəhbəri və Azərbaycan Gənclər və İdman Nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Nikki Efendinin sözlərinə görə, Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyası ilə görüş məhsuldar keçib.

“Bizim operativ planlaşdırmadan tutmuş nəqliyyata kimi bir sıra məsələləri həll etmək imkanımız olub. Avropa Olimpiya Komitəsinə məmnunluqla çoxlu suallar verdik və bu suallara cavablar aldıq. 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarına uğurlu şəkildə ev sahibliyi etdikdən sonra Avropanın 50 ölkəsinin nümayəndəsi ilə görüşü səbirsizliklə gözləyirik”, – deyə Nikki Efendi bildirib.

Görüşdə qeyd olunduğu kimi, 12 idman kompleksində 10 idman növü üzrə yarışlar keçiriləcək. Bundan başqa, Avropa Festivalının təşkilatçıları yarışlar ərəfəsində həyata keçiriləcək tədris və mədəni proqramla bağlı məlumat verib.

Həmçinin, Avropa Olimpiya Komitəsinin gənc idmançı səfirlər proqramı gerçəkləşəcək. Proqramın məqsədi idmançıları öz həmyaşıdları ilə ünsiyyətə girməyə həvəsləndirməkdir. Həmçinin, idman liderləri proqramının və “Gənc idmançılara səsin verilməsi” adı altında dopinq-nəzarət monitorinqi proqramının gerçəkləşdirilməsi planlaşdırılır. 

Bu proqram Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsüdür və idmançıların idmanda dopinqdən istifadənin fəsadları və karyeralarında üzləşdikləri təzyiqlərin öhdəsindən gəlməyin yolları ilə bağlı məlumatlandırılmasına yönəlib.

Avropa Gənclər Olimpiya Festivalında 3600 idmançı və rəsmi nümayəndənin iştirakı gözlənilir. Əlli Avropa ölkəsindən olan nümayəndə heyəti rəhbərlərinin seminarı 5-7 may tarixlərində keçiriləcək. Rəhbər şəxslər Bakıda yarışların keçirilməsi üçün yaradılan şəraitlə tanış olacaq.


21-27 iyul tarixlərində Bakıda Avropa Gənclər Olimpiya Festivalının açılış və bağlanış mərasiminin keçiriləcəyi məkan bəlli olub. Xəbərlə. info Media.Az-a istinadən xəbər verir ki, Avropa Gənclər Olimpiya Festivalının açılış və bağlanış mərasimi “Baku Crystall Hall”da baş tutacaq. Bu məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat xidməti də təsdiqləyib. Xatırladaq ki, 2015-ci ildə ilk Avropa oyunlarının açılış və bağlanış mərasimləri, habelə dördüncü […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar