• Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
  • YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət günlərinin havası
    YENƏ Yağış, YENƏ şimşək, dolu – İstirahət gü
  • Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qalib gələrək, finala çıxdı
    Azərbaycanlı Güləşçimiz erməni dünya çempionuna qa
  • İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə qoyulmuşdu, onu … – FOTO/VİDEO
    İnam Kərimovdan ümumbəşəri jest-Bayrağımız tərsinə
  • 31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimində Leyla Əliyeva iştirak edir
    31-ci Beynəlxalq İnformatika Olimpiadasının açılış
  • Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb – FAKTİKİ HAVA
    Ən güclü külək Bakıda və Sumqayıtda qeydə alınıb &
  • “Qarabağ” yenə “Seltik” və “Kopenhagen”lə qarşılaşa bilər
    “Qarabağ” yenə “Seltik” və
  • Bakıdakı ikinci metro terrorundan-“28 may” hadisəsindən  25 il ötür – ANIM
    Bakıdakı ikinci metro terrorundan-“28 may
AZƏRBAYCAN KOOPERASİYA UNİVERSİTETİNDƏ AÇIQ QAPI günü keçirildi.
AZƏRBAYCAN KOOPERASİYA UNİVERSİTETİNDƏ AÇIQ QAPI günü keçirildi.
22 Yanvar 2019-cu il tarixində bir sıra valideyn, təhsil ekspertləri və Media Qurumlarının iştirakı ilə Azərbaycan Kooperasiya Universitetində Açıq qapı günü keçirilmişdir. Tədbirin məqsədi ,2018-2019 -cu dərs tədris ilinin Qış...
24 January 2019 19:17
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

22 Yanvar 2019-cu il tarixində bir sıra valideyn, təhsil ekspertləri və Media Qurumlarının iştirakı ilə Azərbaycan Kooperasiya Universitetində Açıq qapı günü keçirilmişdir. Tədbirin məqsədi ,2018-2019 -cu dərs tədris ilinin Qış imtahan sesiyasının necə keçirilməsi idi. Qeyd edək ki, 1964-cü ildən Dövlət statusu alaraq Respublika Ali təhsil müəssisələri sırasında xüsusi yer tutan sözügedən bu təhsil ocağında, yüksək elmi dərəcə titulunu daşıyan Professor , Elmlər doktoru və digər yüksək ixtisaslımüəllim heyəti çalışır. Əvvəlcə tədbiri Universitetin konfrans zalında giriş sözü ilə dəyirmi masa ətrafında açan, AKU -nun Tədris İşləri üzrə  Prorektoru  Fikrət Quliyev , tədbir iştirakçılarını salamlayaraq Keçirilən İmtahan proseslərinin şəffaflığının qorunması məqsədilə bucür Açıq qapı tədbirlərinin artıq hər tədris ilində keçirilərək təhsilin inkişafı naminə ənənə halına çevrildiyini vurğuladı. Daha sonra Universitetin  Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə Prorektoru , İqtisad Elmlər Doktoru Aygün Quliyeva, bu tədbirin burada iştirak edən çoxsaylı valideynin tələbə övladları üzərində nəzarət vasitələrinin tətbiqi əhəmiyyətinin müsbət nəticələr verəcəyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Həmçinin Universitetdə yaradılmış Tələbə Gənclər Təşkilatının bu təhsil ocağında təhsil alan tələbələrin hərtərəfli inkişafı üçün birsıra əhəmiyyət daşıdığını və gələcəkdə də digər tələbələrin buraya üzv olaraq qatılma dəvətini qeyd etdi. Aygün Quliyeva Universitetdə təşkil edilmiş bu təşkilata ümumtələbə heyətinin səsverməsi ilə Təşkilata sədr təyin edilən Tamerlan Əkbərovun buradakı tələbələrin universitet daxilində yarana biləcək hər hansı bir problemin həlli istiqamətində onun fəal iştirakını ictimaiyyətə çatdırdı. Dəyirmi masa üzərində keçirilən , müəllim və valideynləri maraqlandıran ikitərəfli müzakirələr zamanı bir sıra əhəmiyyət kəsb edən suallar da cavablandırıldı. Valideynlər tərəfindən bir sıra maraqlı təkliflər də irəli sürüldü. Onların təkliflərini qəbul edən Azərbaycan Kooperasiya Universitetinin burada iştirak edən yüksək elmi dərəcəyə malik müəllim heyəti müvafiq qeydlərini də apardılar. Daha sonra ayrı-ayrı auditoriyalarda aparılan müxtəlif ixtisas qruplarının keçirildiyi imtahanların gedişi ilə yaxından tanış olmaq məqsədilə Açıq qapıya təşrif olunan valideyn heyəti, o cümlədən media və təhsil eksperti nümayəndələri imtahanların keçirildiyi Fənn auditoriyalarına dəvət olundular. Hər bir imtahan üzrə tərtib olunmuş suallar üzrə olan imtahan biletləri , imtahanı aparan Nəzarətçi müəllim heyətinin diqqət və nəzarəti altında onlara məxsus masa üzərində üzüaşağı çevrilmiş və qarışıq vəziyyətdə Tələbə adları çəkilərək həmin biletçəkiminə çağrıldılar. Siyahı üzrə biletçəkmək üçün qeyd olunan masaya dəvət alanlar imtahan biletlərini masa üzərindən götürərək öz yerlərini aldılar. Onlara ayrılmış vaxt müddəti ərzində imtahan biletlərində əks olunmuş keçirilən nəzəriyyələri əhatə edən suallar ətrafında düşünərək imtahan bilet vərəqəsində cavablandırmanı qeyd edərək tələbələr, doldurulmuş imtahan vərəqələrini həmin fənn üzrə olan imtahan aparan müəllimlərə təqdim etdilər. Sonda isə keçirilən imtahan proseslərinin şəffaflıq prinsiplərinə əsaslanaraq onlara yaradılan şəraitdən  Açıq qapı günündə  iştirak edən rəsmi nümayəndələr öz  razılıqlarını bildirdilər.

” Xəbərlə.info”  üçün hazırladı:  Xəyyam Qurbanlı

Şərh üçün bağlıdı..