• Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənədi təsdiqlədi
    Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənəd
  • MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı an kameralara düşdü – VİDEO
    MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı a
  • 19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir hadisə BAŞ VERƏCƏK
    19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir h
  • Ödəniş etməyi  unudan Deputat -utanaraq mandatından imtina etdi
    Ödəniş etməyi unudan Deputat -utanaraq mandatında
  • Rusiya lideri məşqdə barmağını zədələdi – YENİLƏNİB + VİDEO
    Rusiya lideri məşqdə barmağını zədələdi – YE
  • Donuzlardan insanlara qaraciyər transplontasiyası… DƏHŞƏT…
    Donuzlardan insanlara qaraciyər transplontasiyası&
  • Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI – 70 ölü..
    Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI – 70
  • Çərşənbə və cümə axşamı günlərində temperaturun mənfi 50-60 dərəcəyə enməsi gözlənilir.
    Çərşənbə və cümə axşamı günlərində temperaturun mə
  •  AĞDAM “Qarabağ” Ukrayna çempionuna yenə məğlub oldu
     AĞDAM “Qarabağ” Ukrayna çempionuna yenə məğlub ol
  •  Moskva aeroportlarında 20-dən çox reys təxirə salınıb- SƏBƏB İSƏ…
     Moskva aeroportlarında 20-dən çox reys təxirə sal
BLOGGER Mehman Hüseynov prezidentə İlham Əliyevə müraciət ünvanlayıb – MƏTN
BLOGGER Mehman Hüseynov prezidentə İlham Əliyevə müraciət ünvanlayıb – MƏTN
Həbsdə olan bloqer Mehman Hüseynov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. XƏBƏRLƏ.İNFO  Report-a istinadən xəbərinə görə, yanvarın 20-də imzalanmış müraciətdə deyilir: “Hörmətli cənab Prezident, Mən Mehman Hüseynov, iki ilə yaxındır cəza çəkirəm. Bu...
21 January 2019 20:55
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Həbsdə olan bloqer Mehman Hüseynov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

XƏBƏRLƏ.İNFO  Report-a istinadən xəbərinə görə, yanvarın 20-də imzalanmış müraciətdə deyilir:

“Hörmətli cənab Prezident,

Mən Mehman Hüseynov, iki ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim.

Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.

2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi, kiminsə hərəkətinə görə məsuliyyət daşımıram.

Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır. Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.

Sizdən xahiş edirəm, araşdırmanın düzgün araşdırılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa, əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq”.

Şərh üçün bağlıdı..