• Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənədi təsdiqlədi
    Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənəd
  • MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı an kameralara düşdü – VİDEO
    MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı a
  • 19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir hadisə BAŞ VERƏCƏK
    19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir h
  • Ödəniş etməyi  unudan Deputat -utanaraq mandatından imtina etdi
    Ödəniş etməyi unudan Deputat -utanaraq mandatında
  • Rusiya lideri məşqdə barmağını zədələdi – YENİLƏNİB + VİDEO
    Rusiya lideri məşqdə barmağını zədələdi – YE
  • Donuzlardan insanlara qaraciyər transplontasiyası… DƏHŞƏT…
    Donuzlardan insanlara qaraciyər transplontasiyası&
  • Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI – 70 ölü..
    Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI – 70
  • Çərşənbə və cümə axşamı günlərində temperaturun mənfi 50-60 dərəcəyə enməsi gözlənilir.
    Çərşənbə və cümə axşamı günlərində temperaturun mə
  •  AĞDAM “Qarabağ” Ukrayna çempionuna yenə məğlub oldu
     AĞDAM “Qarabağ” Ukrayna çempionuna yenə məğlub ol
  •  Moskva aeroportlarında 20-dən çox reys təxirə salınıb- SƏBƏB İSƏ…
     Moskva aeroportlarında 20-dən çox reys təxirə sal
İlham Əliyev Zimbabve prezidentini qəbul edib. + FOTO

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Zimbabve Respublikasının prezidenti Emmerson Mnanqaqva ilə görüşü olub.

XƏBƏRLƏ.İNFO xəbər verir ki, dövlət başçısı Zimbabve prezidentini qarşılayıb. 

Sonra birgə foto çəkdirilib.

Daha sonra dövlət başçılarının görüşü olub.

Azərbaycan prezidenti İlham Əliyev Emmerson Mnanqaqvanı salamlayıb və onu ölkəmizdə görməkdən məmnunluq duyduğunu dilə gətirib:

“Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, səfəriniz çox məhsuldar keçəcək və tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq. Bu, Zimbabve Prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, bu, tarixi səfərdir. Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik. Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik.

Bilirəm ki, gəlişiniz çərçivəsində Siz bir neçə ölkəyə səfər edirsiniz. Çox şadam ki, Azərbaycan da Sizin səfər etdiyiniz ölkələrdən biridir. Bu, Sizin ölkəmizə və münasibətlərimizə verdiyiniz önəmin göstəricisidir. Biz də öz növbəmizdə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik. Əlbəttə ki, Sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkandır. Bir daha Azərbaycana xoş gəlmisiniz”.

“Çox sağ olun Zati-aliləri. Buraya gəldiyimizdən bəri bizim çox səmimi qarşılandığımız üçün Sizə nümayəndə heyəti adından təşəkkürümü bildirmək istəyirəm. Sizin çox gözəl ölkəniz var. Biz ilk dəfədir ki, sizin ölkənizə səfər edirik. Azərbaycanda artıq şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb.

Bizim arzumuz iki ölkə arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarətdir. Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik”, – Zimbabve prezidenti Emmerson Mnanqaqva bildirib.

Sonra dövlət başçıları birgə nahar ediblər.

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva ilə görüşü olub.

Sonra birgə foto çəkdirilib.


Bu gün Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Zimbabve Respublikasının prezidenti Emmerson Mnanqaqva ilə görüşü olub. XƏBƏRLƏ.İNFO xəbər verir ki, dövlət başçısı Zimbabve prezidentini qarşılayıb.  Sonra birgə foto çəkdirilib. Daha sonra dövlət başçılarının görüşü olub. Azərbaycan prezidenti İlham Əliyev Emmerson Mnanqaqvanı salamlayıb və onu ölkəmizdə görməkdən məmnunluq duyduğunu dilə gətirib: “Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar