• – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədindəki olayla bağlı rəsmi Bakının sərt mövqeyini İFADƏ ETDİ
    – Xələf Xələfov Gürcüstan-Keşikçidağ sərhədi
  • Pomidor  orqanizmdən zəhərli maddələri təmizləyirmiş…
    Pomidor orqanizmdən zəhərli maddələri təmizləyirm
  • “Bu İyulun sərin havası  1918-ci ildə qeydə alınıb”
    “Bu İyulun sərin havası  1918-ci ildə qeydə
  • Hafiz Hacıyev- namaz onun belini qırsın” – “Ziya Məmmədov namaz qılır?
    Hafiz Hacıyev- namaz onun belini qırsın” 
  • GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
    GMO məhsulların  SİYAHISI BU CÜRDÜR.
  • “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  dönür – YENİLƏNİB
    “Qarabağ” Ağdam Albaniyadan qolsuz bərabərliklə  d
  • Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident  İLHAM ƏLİYEV Şəkinin UNESKO-nun Ümumdün
  • ARIEN Robben karyerasını başa vurdu
    ARIEN Robben karyerasını başa vurdu
  • Vizasız bu ölkələrə gedə biləcəyik
    Vizasız bu ölkələrə gedə biləcəyik
  • Peru Amerika Kubokunun yarımfinalına adladı
    Peru Amerika Kubokunun yarımfinalına adladı
QARABAĞ ƏRAZİLƏRİNİN Qaytarılacağı TARİX, Qarabağın statusu əvəzinə 7 RAYON
Torpaqların qaytarılacağı TARİX, Qarabağın statusu əvəzinə 7 RAYON... – GÜNÜN SİYASİ XÜLASƏSİAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın həmsədr ölkə olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ötən il atdığı addımlardan da danışıb. Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi aktivliyinə reaksiya verəcək. ABŞ-ın İranın ünvanına növbəti ittihamlar səsləndirilib. Suriyanın Münbiç şəhərinin mərkəzində böyük bir partlayış baş verib.

Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.

Putin Ermənistanı sevir, lakin bu şərtlərdə İrəvanı titrətməyə qərar verəcəksə, onda Qarabağ geniş muxtariyyətin təminatı şərti ilə Bakının hakimiyyəti altına qayıdacaq. Heç kəs Azərbaycana öz ərazi bütövlüyünü bərpa etməyə mane olmayacaq. Azərbaycan əvvəlki ölkə deyil, bu güclənmiş, fəal inkişaf edən dövlətdir. Sadəcə, Rusiya Dağlıq Qarabağ məsələsində balansın qalmasına kömək edir.

Bunu Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqin “Moskva-baku” portalına müsahibə verib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın həmsədr ölkə olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ötən il atdığı addımlardan da danışıb.

Ermənistan Baş naziri Nikol Paşinyan artıq bəyan edib ki, o, Qarabağla bağlı danışıqlarda Dağlıq Qarabağın yox, Ermənistanın mövqeyini təmsil edərək iştirak edəcək. O, bu prinsipə bağlıdır. Bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Ruben Rubinyan deyib. Onun sözlərinə görə, Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmalar erməni tərəfinin gündəmində qalmağa davam edəcək:

“Paşinyanla Əliyev arasındakı qeyri-rəsmi söhbət kontekstində Düşənbədə heç bir fikir ayrılığı yoxdur. Məsələ tərəflər arasında atəşkəs xəttində toqquşmaların aradan qaldırılmasından ibarət idi. Bu söhbət nəticəsində İrəvan və Bakı arasında xüsusi əlaqə yarandı, hansı ki, indiki mərhələdə gərginliyi əhəmiyyətli dərəcədə aşağı salmağa imkan verdi”.

ABŞ-ın qalmaqallı özəl hərbi şirkəti “Blackwater”in (sonradan adını “Academy” olaraq dəyişdirib) muzdlu əsgərləri Suriyanı tərk edən Amerika hərbçilərini əvəz edə bilər. Bu haqda şirkətin qurucusu, Birləşmiş Ştatların Hərbi-Dəniz Qüvvələrinin keçmiş zabiti Erik Prins “Fox Business” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, şirkətin döyüşçüləri ABŞ-ın Suriyadan çıxmasından sonra İran təsirinə qarşı mübarizə apara bilər. ABŞ-ın Suriyada qalmaq üçün uzunmüddətli bir strategiyanın zəruri olmadığını ifadə edən Prins, buna baxmayaraq, ABŞ-ın müttəfiqlərdən (YPG/PKK terror təşkilatını nəzərdə tutur – red.) imtina etməsinin yaxşı bir fikir olmadığını söyləyib.

7 ölkə tərəfindən “Şərqi Aralıq dənizi Qaz Forumu”nun qurulması ilə bölgədə təklənən Türkiyə yeni həmlələr etməlidir. Bu sözləri Energetika İqtisadiyyatı Dərnəyinin sədri Gürkan Qumbaroğlu deyib.

Professor bildirib ki, bu təşəbbüs Aralıq dənizini iki yerə böləcək. Buna görə də Türkiyə bölgədəki qruplaşmaya qarşı yeni “Şimal-şərqi Aralıq dənizi Qaz Forumu”nu qurmalıdır.

Bu gün Suriyanın Münbiç şəhərinin mərkəzində yerləşən Kasr Əl-Umara restoranında böyük bir partlayış baş verib.Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə, partlayış nəticəsində ən azı 9 nəfər həlak olub. Xəbərdə daha 20 nəfərin yaralandığı bildirilir.

SSuriya kürdləri Suriyanın şimalında bufer zona yaratmaqla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifini qəbul etməyib. Bu barədə AFP Suriya kürdlərinin təmsilçisi Aldar Xəlilə istinadla informasiya yayıb.

“Türkiyə və Suriyanın şimalı arasında ayırıcı xətt yalnız BMT sülhməramlılarının iştirakı ilə mümkün ola bilər. İstənilən digər variant yolverilməzdir”, – Xəlil bildirib.

“İran Yaxın Şərq və Avropanı təhdid altında saxlayacaq qitələrarası lazerli ballistik raket arxasınca qaçır”.Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

O, İranın ötən gün kosmosa göndərdiyi və uğursuzluqla başa çatan peyk layihəsinə işarə edərək açıqlama verib. Bildirib ki, İran kosmik gəmi göndərməklə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2231-ci qətnaməsini pozub: “Bu da İranın bir daha Yaxın Şərq və Avropanı təhdid altında saxlamağa çalışdığını göstərir”.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun Pentaqona İrana zərbə endirilməsi variantlarının gözdən keçirməsini təklif etməsi haqqında məlumat yayılmasından sonra ortaya daha bir iddia atıldı. “Əl-Cəzirə” telekanalının aparıcısı və ABŞ-ın “The Intercept” portalının yazarı Mehdi Həsən Boltonun Vaşinqtonun xarici siyasətində artan təsirinə diqqət çəkərək “indi o, İranla müharibə istəyir” deyib.

Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi aktivliyinə reaksiya verəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, ABŞ öz iradəsini beynəlxalq ictimaiyyətə güc yolu ilə sırımağa çalışır:

“Dünyadakı situasiya çətin olaraq qalır. Keçən il konflikt potensialı artıb. Buna əsas səbəb ABŞ-ın rəhbərlik etdiyi bir sıra Qərb ölkələrinin formalaşan çoxqütblü dünya reallığını qəbul etməməsidir”.

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Yaponiyanın Rusiya ilə sülh müqaviləsi üzrə danışıqları Tokionun “torpaqları ucuz almaq” cəhdi adlandırıb. Partiya lideri bu haqda “Lenta.ru” saytına müsahibəsində bildirib.

Rusiya nümayəndə heyəti Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilənin gələcəyi haqqında danışıqlara gəlmiş Amerika tərəfinin ultimatumuyla rastlaşıb. Bu haqda mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının şərtlərinə dair saziş layihəsi dəyişdirilə bilməz. Bu barədə Avropa Komissiyasının sözçüsü Marqaritis Sçinas bildirib. O, hal hazırda başqa heç bir şey edə bilməyəcəklərini qeyd edib: “Böyük Britaniyanın sonrakı addımları haqqında xəbər gözləyirik”.

“Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxması məsələsini Avropa Parlamentinə bu il mayın 23-26-da keçiriləcək seçkilərdən sonraya təxirə salmaq mümkün deyil”. Bunu Avropa Parlamentinin “Brexit” əlaqələndiricisi, Liberal Partiyası qrupunun rəhbəri Gi Verhofstadt Strasburqdakı dinləmələrdə çıxışı zamanı bildirib.

“Brexit”i təxirə salmağı təklif edirlər, amma Avropa Parlamentinə keçiriləcək seçkilərdən sonraya təxirə salınsa, cəmiyyətimizdə, iqtisadiyyatımızda qeyri-müəyyənlik daha da artacaq”, – o deyib.

Ukrayna təhlükəsizlik gücləri Donbasda Mironovsk su anbarının şlüzlərini minalayıblar və onları partlada bilərlər. Bu haqda “Luqansk Xalq Respublikası” separatçı qurumun nümayəndəsi Andrey Maroçko jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu, ATƏT-in xüsusi monitorinq missiyasının nümayəndəsi tərəfindən aşkar edilmiş və hesabatda öz əksini tapmışdı.

“Biz dünya ictimaiyyətini və beynəlxalq hüquq müdafiə təşkilatlarını bu fakta diqqət yetirməyə çağırırıq ki, su anbarının şlüzlərinin partladılması Luqan çayında suyun səviyyəsinin artmasına, Troisk, İrmino, Pervomaysk və Kalinov yaşayış məntəqələrində daşqınlara gətirib çıxaracaq. Bu, dinc əhalisi arasında böyük miqdarda qurbanlara, respublikanın bütün ərazisində ekoloji və humanitar faciəyə gətirib çıxaracaq”, – separatçı qurumun “müdafiə idarəsi”nin nümayəndəsi deyib.


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın həmsədr ölkə olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ötən il atdığı addımlardan da danışıb. Rusiya sərhədləri yaxınlığında NATO-nun hərbi aktivliyinə reaksiya verəcək. ABŞ-ın İranın ünvanına növbəti ittihamlar səsləndirilib. Suriyanın […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar