• “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox artıb” – Rövnəq Abdullayev
    “ SOCAR-ın dövriyyəsi Son 10 ildə 26 dəfədən çox a
  • Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlamətdar hadisə idi – Səfir
    Bütün Türk dünyası üçün Bakının azad edilməsi əlam
  • Toyunda Bəyi belə öldürdülər – VİDEO
    Toyunda Bəyi belə öldürdülər – VİDEO
  • Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qalib gəldi
    Həmyerlimiz Həbib Nurməhəmmədov Dastin Poryeyə qal
  • Çempionlar Liqasının püşkü atıldı “Qalatasaray” ÖLÜM QRUPUNDA
    Çempionlar Liqasının püşkü atıldı “Qalatasar
  •  “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ailəni aldatdılar-Bakıda
     “InTravel.Az”-ın SƏYAHƏT FIRILDAĞI – 20 ail
  • Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir — Necə hazırlaşmaq olar?
    Təzə ayın-Sentyabrın 1-dən maqnit fırtınası gəlir 
  • Bürclər nə vəd edir? – 16 avqust
    Bürclər nə vəd edir? – 16 avqust
  • Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlərdən xəbərdarlıq
    Yaşıl soğan bu şəxslərə yemək olmaz – Alimlə
Leyla Əliyevanın Məşhur Şeiri Hamını Kövrəltdi – VİDEO
Leyla Əliyevanın Məşhur Şeiri Hamını Kövrəltdi – VİDEO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Gedim bir az ağlayım” adlı məşhur şeirinə mahnı bəstələnib. Modern.az saytının məlumatına görə, bu günlərdə mahnının səsləndirildiyi ATV-nin “Şou ATV” verilişində kövrək anlar yaşanıb. Xalq artisti...
12 January 2019 16:19
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Gedim bir az ağlayım” adlı məşhur şeirinə mahnı bəstələnib. Modern.az saytının məlumatına görə, bu günlərdə mahnının səsləndirildiyi ATV-nin “Şou ATV” verilişində kövrək anlar yaşanıb. Xalq artisti Gülyanaq Məmmədovanın Xalq artisti Nurəddin Mehdixanlıyla birgə ifa etdikləri mahnı studiyada oturanları da kövrəldib və sonda alqışlarla qarşılanıb.

İfa bitəndən sonra verilişin aparıcısı Nanə Ağamalıyeva “Gedim bir az ağlayım” adlı mahnının sözlərinin Leyla Əliyevaya, musiqisinin isə Ruslan Səfəroğluya məxsus olduğunu elan edib.

Xatırladaq ki, Leyla xanımın “Gedim bir az ağlayım” şeiri ilk dəfə bir neçə il öncə Modern.az saytında (yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlunun tərcüməsində) işıq üzü görüb.

GEDİM BİR AZ AĞLAYIM

 

Gedim bir az ağlayım,

elə-belə… astaca.

Ürəyimi gizlədim

yastığımın altında.

Pəncərəni açaraq

kövrəlmiş ürəyimi

bəlkə həyətə atım?!

Həyatın ağuşuna…

Yox, yaxşısı budur ki,

gedim bir az ağlayım,

elə-belə… astaca.

 

Kimsə duyuq düşməsin

kədərimdən, qəmimdən,

Durub yol alım bağa –

astaca ağlamağa…

Götürüm ürəyimi

atım coşan ümmana –

dalğaların qoynuna.

Heç dinə də bilməsin –

“Niyə sığmır sinəmə?”

Gah tufan, gah da rüzgar

apardıqca uzağa…

 

Yox! Yaxşısı budur ki,

qoy dirrikdə basdırım,

dirilib çiçək olsun.

Ya da ki, bala tutum,

acısın unutdurum.

Özümü aldatsam da,

qoy ruhu ovundurum,

acısın unutdurum…

 

Ya dostları çağırım

axşam vaxtı mən şama –

şərab içək doyunca.

Könlümü də versinlər

büllur qabda ortaya.

Dostlar ondan dadsınlar,

dadıb, gəlsinlər cana.

 

Budur, orda uşaqlar

Atılırlar-düşürlər.

Bəlkə topları yoxdu? –

Qoy verim ürəyimi

qovsunlar yorulunca…

 

Yox!

Artıq kədərlənmək yox!

Ürəyin dediyiylə

oturmaq yox, durmaq yox!

Atım onu bazarda,

ya da sizə verəcəm,

elə-belə, bədava…

 

Gecənin sükutunda

ürəyimlə tənhayam.

Yağış yağır, islanır,

çətir tutmuram ona.

Qoy incisin…

Nə qədər

oyun açıb başıma…

 

Hərdən üsyana qalxıb

həm Günəşə, həm Aya,

Hayqırıram: “Götürün,

verdim onu Allaha!”

Amma qərar vermədim,

neyçin qərar vermədim,

Bu geniş ürəyimi

sənə bağışlamağa?..

 

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

VIDEO

Şərh üçün bağlıdı..