• Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənədi təsdiqlədi
    Ərdoğan Türkiyə və Azərbaycan arasında mühüm sənəd
  • MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı an kameralara düşdü – VİDEO
    MİSİRİN MƏRKƏZİNDƏ terrorçunun özünü partlatdığı a
  • 19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir hadisə BAŞ VERƏCƏK
    19 fevral saat 13:07-ə HAZIR OLUN! – Nadir h
  • Ödəniş etməyi  unudan Deputat -utanaraq mandatından imtina etdi
    Ödəniş etməyi unudan Deputat -utanaraq mandatında
  • Rusiya lideri məşqdə barmağını zədələdi – YENİLƏNİB + VİDEO
    Rusiya lideri məşqdə barmağını zədələdi – YE
  • Donuzlardan insanlara qaraciyər transplontasiyası… DƏHŞƏT…
    Donuzlardan insanlara qaraciyər transplontasiyası&
  • Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI – 70 ölü..
    Rusiya ilə İran arasında DÖYÜŞ BAŞLADI – 70
  • Çərşənbə və cümə axşamı günlərində temperaturun mənfi 50-60 dərəcəyə enməsi gözlənilir.
    Çərşənbə və cümə axşamı günlərində temperaturun mə
  •  AĞDAM “Qarabağ” Ukrayna çempionuna yenə məğlub oldu
     AĞDAM “Qarabağ” Ukrayna çempionuna yenə məğlub ol
  •  Moskva aeroportlarında 20-dən çox reys təxirə salınıb- SƏBƏB İSƏ…
     Moskva aeroportlarında 20-dən çox reys təxirə sal
BEYLƏQANDA Bələdiyyə sədri məscid üçün ayrılmış yeri Ailə üzvünə bağışlayıbmış…
Bələdiyyə sədri məscid üçün ayrılmış yeri qardaşına verib


Bələdiyyə sədri məscid üçün ayrılmış yeri qardaşına verib Beyləqan rayonu Şərq qəsəbə sakinləri bələdiyyə sədrindən şikayətçidirlər.

XƏBƏRLƏ.İNFO xəbər verir ki, qafqazinfo-ya müraciət edən 20-dən çox sakin bildirib ki, bələdiyyə sədri Vaqif Quliyev qəsəbədə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuş idman meydançasının ərazisini satıb: “Həmin yerdə məscid tikilməsi nəzərdə tutulmuşdu, amma indi sədrin qohumu orada ev tikir. Seçildiyi dövr ərzində əhaliyə heç bir hesabat verməyib, özbaşına qərarlar verərək torpaq vergisi adı ilə kəndlilərdən aldığı pulların heç birinə qəbz vermədən mənimsəyib. Vaqif Quliyev həm də kənd üzrə baytar işləyir və dövlətin süni mayalanma yolu ilə alınmış hər buzova görə ayırdığı subsidiyaları qohumlarının və öz adına yazaraq mənimsəyir”. 

Məsələdə ittiham olunan Vaqif Quliyev qafqazinfo-ya açıqlamasında sakinlərin iddialarını təkzib edib: “Həmin ərazini satmamışam, qardaşıma vermişəm. Qardaşım Vidadi Quliyev 1-ci qrup əlildir, işləyə bilmir. Evi var, amma “zdaniya”da yaşadığı üçün ona həyət evi tikirik. Qardaşıma verilən həyət stadiondan 25-30 metr aralıdır. Orada məscid üçün də yer qalıb, amma məscidlə bağlı məsələyə mən qərar vermirəm”.

V.Quliyev digər iddiaları da yalan adlandırıb: “Dövlət var, idarələr var. Subsidiyaları Maliyyə Nazirliyi ayırır, dövlət hər şeyə nəzarət edir. Mənim, sadəcə, süni mayalanma aparatım var, istəyən olanda istifadə edirik”.


Bələdiyyə sədri məscid üçün ayrılmış yeri qardaşına verib Beyləqan rayonu Şərq qəsəbə sakinləri bələdiyyə sədrindən şikayətçidirlər. XƏBƏRLƏ.İNFO xəbər verir ki, qafqazinfo-ya müraciət edən 20-dən çox sakin bildirib ki, bələdiyyə sədri Vaqif Quliyev qəsəbədə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuş idman meydançasının ərazisini satıb: “Həmin yerdə məscid tikilməsi nəzərdə tutulmuşdu, amma indi sədrin qohumu […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar