• FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
    FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
  • Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
    Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
  • Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daşqalaq etdilər – VİDEO
    Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daş
  • ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ: ölənlər var – VİDEO
    ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ:
  •  TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilər
     TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilə
  • SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən artıq ölü – YENİLƏNİB + VİDEO
    SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən ar
  •  Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq …
     Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd
  • Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qalxdı
    Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qa
  • Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
    Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
  • Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayıracaq
    Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayırac
ZAKİR HƏSƏNOV: Şəxsi heyət hər an döyüş əməliyyatlarına hazır olmalıdır 

Müdafiə naziri: Şəxsi heyət hər an döyüş əməliyyatlarına hazır olmalıdır

Əldə edilmiş uğurlardan arxayınlaşmamalı, qoşunların taktiki, operativ və strateji səviyyələrdə fəaliyyətləri daim təkmilləşdirilməli, şəxsi heyət isə düşmən üzərində üstünlüyümüzü qorumaqla hər an döyüş əməliyyatlarına hazır olmalıdır.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, bunu nazir Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə deyib.

Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il münasibəti ilə xalqımıza təbrikini xatırladan Müdafiə naziri bayram təbrikində ordumuza verilən qiyməti xüsusi vurğulayıb və şəxsi heyət qarşısında qoyulan konkret tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə naziri qoşunların təmas xəttindəki hazırkı vəziyyəti təhlil edərək ötən il ərzində görülən işlər, əldə edilmiş uğurlar və 2019-cu ildə yerinə yetiriləcək fəaliyyətlər barədə çıxış edib.

Azərbaycan Ordusunun bütün qoşun növü və qismlərinin fəaliyyətinə toxunan general-polkovnik Z.Həsənov müşavirə iştirakçılarından əsas diqqətin döyüş hazırlığı, qoşunların operativ, fasiləsiz və gizli idarə edilməsi, müdafiə sisteminin dayanıqlığı, qarşılıqlı fəaliyyətlərin təkmilləşdirilməsi, komandir və rəis heyətinin peşəkarlığının daim artırılması, şəxsi heyətin təlim-tərbiyəsi, vətənpərvərlik və döyüş ruhunun möhkəmləndirilməsi, hərbi qulluqçuların sağlamlığı və döyüş təminatının digər aspektlərinə yönəldilməsini tələb edib.

Müdafiə naziri çıxışında xüsusi qeyd edib ki, dövlət başçısının da bildirdiyi kimi ölkəmizin güclü hərbi potensialı və Azərbaycan Ordusunun döyüş qabiliyyəti ərazi bütövlüyümüzün təmin edilməsində əsas amillərdən biridir.


Əldə edilmiş uğurlardan arxayınlaşmamalı, qoşunların taktiki, operativ və strateji səviyyələrdə fəaliyyətləri daim təkmilləşdirilməli, şəxsi heyət isə düşmən üzərində üstünlüyümüzü qorumaqla hər an döyüş əməliyyatlarına hazır olmalıdır. Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, bunu nazir Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə deyib. Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət […]


Şərh üçün bağlıdı..


Oxşar fotolar