• FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
    FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
  • Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
    Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
  • Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daşqalaq etdilər – VİDEO
    Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daş
  • ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ: ölənlər var – VİDEO
    ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ:
  •  TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilər
     TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilə
  • SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən artıq ölü – YENİLƏNİB + VİDEO
    SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən ar
  •  Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq …
     Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd
  • Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qalxdı
    Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qa
  • Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
    Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
  • Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayıracaq
    Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayırac
Qazax rayonunda polis çavuşu gənc qızın taleyi ilə oynadı .
Qazax rayonunda polis çavuşu gənc qızın taleyi ilə oynadı .
Şərti adı M. Ə olan Böyük Cəfərli kənd sakini bildirir ki, rayon polis şöbəsinin kiçik çavuşu Budaqov Asiman Amil oğlu onu təhsil aldığı kollecdən evlərinə gedərkən  dəfələrlə təqib etmiş, daha...
22 December 2018 18:41
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo

Şərti adı M. Ə olan Böyük Cəfərli kənd sakini bildirir ki, rayon polis şöbəsinin kiçik çavuşu Budaqov Asiman Amil oğlu onu təhsil aldığı kollecdən evlərinə gedərkən  dəfələrlə təqib etmiş, daha sonra ona yaxınlaşıb ailə quracağını bildirmişdir.  Gənc qız  Asimanın Polis işçisi olaraq dövlətə xidmət etməsinə görə inanmış, növbəti görüşdə polis Asiman qızı Qazax rayonundakı Uşaq Əyləncə parkına çay içmək bəhanəsiylə aparmış , digər bir polis həmkarı Rəhman adlı şəxsi yaxınlıqdakı kabinetli məkana aparıb onu da qapı ağzında keşik çəkməyi tapşırığını vermişdir. Bağlı qapı arxasında olan kabinetə çayxana işlədən ofisianta bir cüt stəkanda Koka-kola içkisi gətizdirmişdir. Gənc qız bu içkini qəbul etdikdən təxminən 5 dəqiqə sonra huşunu itirərək yerə yıxılmışdır. Bir neçə saatdan sonra ayılan Gənc qız üzərində qan ləkələrini görüb ağlamağa başlamış, Asiman isə onu heçnədən narahat olmamağı  və onunla ailə quracağını bildirib evlərinə yola salmışdır. Gənc qız bu barədə ata-anasından və qardaşlarından qorxaraq bu barədə heçkimə heçnə deməmişdir.Növbəti gün o telefonla Asimana artıq bu baş verənlər barəsində evdəkilərə söyləyəcəyini bildirmiş, bundan bərk təşvişə düşən bu dırnaqarası qəhrəman-Asiman Budaqov qızı görüşə çağırıb ciddi söhbət eləməyini bildirmişdir. Lakin görüş zamanı Asiman onu Qazax Yol polisi əməkdaşı olan Rizvan adlı şəxslə onun idarə elədiyi VAZ-21 07 Markalı avtomaşınla Asimanın tənha yaşadığı Nənəsinin evinə qaçırtmışdır. Bu barədə də nənəsinə onun gələcək həyat yoldaşı olduğunu bildirərək qızı orada qoyub yenidən işə qayıtmışdır. Asimanın Nənəsi isə Asimanın bu hərəkətini anası Fərqanə xanıma bildirsə də,  Ağstafa rayon Dağ Kəsəmən kənd məktəbində tarix müəllimi  işləyən Fərqanə Budaqova oğlunun bu hərəkətini bilib  gəlinini qəbul etməyərək onun Tovuz rayonundakı tanış ginekoloq həkiminin köməyilə bakirəliyi süni şəkildə bərpa etdirmək üçün  təcili olaraq  qızı oğlu Asimanla oraya göndərmişdir.  Qeyd edək ki, bu qanunsuz əməllər sahibi pedaqoq Fərqanə xanımın  özünün iki qız övladı da vardır.
Xəbəraz .az komandası olaraq zərərçəkmiş Mustafayevlər ailəsinin bu qarşılaşdığı ağrı-acılı problemi araşdırmaq üçün Qazax rayon icra hakimiyyətinə üz tutduq. Burada bizi qəbul edən İcra hakimiyyətin başçısının vətəndaşların qəbulu üzrə şöbəsinin müdiri Gülayə Həsənova müxtəlif bəhanələrlə bizə vədlər verib bu barədə heçbir şəxslə görüşməyimizə  nə bir şərait yaratdı, nə də ki icra başçısı Rəcəb Babaşovun qəbuluna girib müzakirə etməyi vədini versə də bizi, kabinetinfən çıxardıb bu əsnada kimlərləsə telefon əlaqələrinə girib dəhlizdə 1saat gözlətdikdən sonra bizə sonda  qəbulun baş tutmamasını və nahar vaxtının çatmasını bəhanə etdi.  Bir Qadın olaraq Gülayə xanımın bir gənc qızın başına gələnlərin çözülüb müzakirə olunmaması və  ən əsası da bu işdə günahkar olan kəslərin məsuliyyətə cəlb olunmasına maraqlı olmaması bizdə çox böyük təəccüb doğurmağa başladı.Kiminləsə telfon danışığı zamanı Gülayə xanımın : Budaqov işdədirmi sualını verməsi çox traqikomik vəziyyət yaratdı. Araşdırmalarımız zamanı o da məlum oldu ki,bu dırnaqarası ailənin başçısı Budaqov Amil Əmiraslan oğlu isə  Qazax Rayon Polis Şöbəsində polis mayoru rütbəsində xidmət aparır. Müəllim və polis titullarını üzərində daşıyan Budaqovlar ailəsinin yol verdiyi bu hərəkətlər artıq kənd camaatını ayağa qaldırmışdır. Sakinlər bildirir ki, bucür hadisənin bir polis nəfərinin törətməsi qatı cinayətdir və biz bu cinayətin cəzasız qalmamağını xahiş edirik.
Onu da qeyd edək ki, bu barədə Daxili İşlər Naziri cənab Ramil Usubova və ölkə rəhbərliyinə müraciət ünvanlamışdır. İnanırıq ki, bu baş verənlərə   müraciət olunan Hüquq mühafizə orqanları  adıçəkilən bu şəxslər barəsində qanuni tədbir görəcəkdir.

Xəyyam Qurbanlı.

 

Şərh üçün bağlıdı..