• FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
    FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
  • Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
    Ermənilərə ƏRDOĞANDAN tərs şillə – VİDEO
  • Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daşqalaq etdilər – VİDEO
    Gürcüstanda Güclü Aksiya: Xüsusi təyinatlıları daş
  • ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ: ölənlər var – VİDEO
    ƏN NƏHƏNG DƏNİZ ÖLKƏSİ  -Filippində güclü zəlzələ:
  •  TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilər
     TürkiyədəPKK DƏSTƏLƏRİ hərbi hissəyə hücum etdilə
  • SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən artıq ölü – YENİLƏNİB + VİDEO
    SEYLON  adası ŞRİ-LANKAda partlayışlar: 200-dən ar
  •  Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq …
     Dünya şokda ! 17 yaşlı Yasin 56 min dollar təqaüd
  • Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qalxdı
    Cəbrayıl Həsənov dünya reytinqində birinci yerə qa
  • Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
    Qarışqalar xərçəng xəstəliyinə dərman imiş
  • Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayıracaq
    Parisdə milyarder ailə Notr-Dama 100 milyon ayırac
FHN-nin mayoru Mübariz İbrahimovu “qatil” adlandıran qızı məhkəməyə verdi – VİDEO
FHN-nin mayoru  Mübariz İbrahimovu “qatil” adlandıran qızı  məhkəməyə verdi – VİDEO
Günlərdir, özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında səsləndirdiyi fikirlər gündəmi zəbt edib. O, paylaşdığı videoda Mübariz İbrahimovu “qatil” və “cinayətkar” adlandırmaqdan belə çəkinməyib. Qeyd...
17 December 2018 13:18
Font1 Font2 Font3 Font4
Xəbərlə.İnfo
Günlərdir, özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında səsləndirdiyi fikirlər gündəmi zəbt edib. O, paylaşdığı videoda Mübariz İbrahimovu “qatil” və “cinayətkar” adlandırmaqdan belə çəkinməyib.

Qeyd olunan məsələ cəmiyyətdə ciddi etirazlarla qarşılanıb. Bir sıra tanınmış şəxslər, şəhid ailələri, sadə insanlar gənc xanıma etirazlarını müxtəlif formada bildirib. Nərmin Şahmarzadə özü isə şəxsi facebook hesabında paylaşdığı videoda söylədiyi fikirlərə görə peşman olmadığını və sözünün üstündə dayandığını bildirib.

Mövzu ilə bağlı aprel döyüşləri zamanı qəhrəmanlıq göstərib şəhid olan manqa komandiri Əbdülməcid Axundovun anası Ceyran Axundova etirazını bildirib. O, psixoloqun məhkəməyə verməyin lazımlığını bildirib.

“Onu məhkəməyə vermək lazımdı. Nəyi gözləyirik? Kiminsə … çorəyimizi yeyərək suyumuzu içərək bizim qəhrəmanlıq simvolumuzu qatil adlandırır? Düşmənimizə ürəyi yanır? Getsin o erməni otursun ermənistanda ürəkyananlıq eləsin.”, deyə Şəhid anasını etirazını bildirib.

 XƏBƏRLƏ.İNFO Femida.az-a istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən psixoloq Nərmin Şahmarzadə məhkəməyə verilib.

Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya,3 qat avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

Məsələ ilə bağlı Milli Qəhrəmanın atası Ağakərim İbrahimov da münasibət bildirib.O, qeyd edib ki, belə bir məsələyə baş qoşmaq əvəzinə, övladlara sevgi, məhəbbət öyrədilməsinin tərəfdarıdır. Həmin kadrları təqdim edirik:

Şərh üçün bağlıdı..